Qalenobismutit — mineral, PbBi2S4.

Haqqında Qalenobismutit - Rombik. Kristalları iynəvari, sütunvari, lövhəcikvari. Ayrılması{110} üzrə mü­kəmməl. Aqreqat dənəvər. Rəngi qalayı-ağ, açıq boz, bəzən əlvan oksidləşmə rəngləri olur. Cizgisi bozumtul-qara, parlaq. Parıltısı metallik. Sərtliyi 2,5-3,5. Xüsusi çəkisi 7,1. Bi – un yüksək temperaturlu hidrotermal yataqlarında, skarnlarda, qızıl - kvars damarlarda Bi, Pb, Zn, Ag sulfidləri, sərbəst Bi, Ag - telluridləri ilə assosiasiyasına rast gəlir.

İstinadlar

Mənbə Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.

Kateqoriya:Sulfosollar (minerallar) Kateqoriya:Bismutun mineralları Kateqoriya:Qurğuşunun mineralları Kateqoriya:Rombik sinqoniya mineralları