Rövşən Hüseyn oğlu İbrahimov () — Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı (18 may 2018 – 24 fevral 2019).

Həyatı Rövşən Hüseyn oğlu İbrahimov 20 avqust 1967-ci ildə Siyəzən rayonunda anadan olub.

1991-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Sənaye və mülki tikinti fakültəsini bitirərək "İnşaat mühəndisliyi" ixtisasına yiyələnmişdir.

1986–1988-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur.

Əmək fəaliyyətinə 1991-ci ildən "AZNEFT" İstehsalat Birliyinin "Xəzərdənizneftqaztikinti" trestindəiş icraçısı olaraq başlamışdır.

ARDNŞ-də müxtəlif sahələr üzrə rəhbər vəzifələrdə çalışmışdır.

fevral 2011-ci ildən 18 may 2018-ci il tarixinədək ARDNŞ-də Sosial İnkişaf İdarəsinin Tikinti Departamentinin rəisi vəzifəsində işləmişdir.

Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2014-cü il tarixli Sərəncamına əsasən "TƏRƏQQİ" medalı ilə təltif edilmişdir.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 18 may 2018-ci il tarixili Sərəncamı ilə Rövşən Hüseyn oğlu İbrahimov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. Naftalana yeni icra başçısı təyin edilib

Yeni Azərbaycan Partiyasının üzvü idi.

24 fevral 2019-cu ildə Bakı şəhərində yaşadığı evdə vəfat etmişdir.

Ailəli idi, 2 övladı var.

Mükafatları Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2014-cü il sərəncamı ilə Azərbaycan neftçilərinin peşə bayramı və "Əsrin müqaviləsi"nin 20 illiyi münasibətilə ölkənin neft sənayesinin inkişafında xidmətinə görə Rövşən İbrahimov "Tərəqqi" medalı ilə tətif edilmişdir.

İstinadlar

Kateqoriya:Naftalan Şəhər İcra Hakimiyyətinin başçıları