Birlik Kuboku — Müstəqil Dövlətlər Birliyi və Baltik ölkələrin futbol üzrə çempion klubları ilə keçirilən turnir. Hər il yanvar ayında Rusiyada təşkil olunur. Keçmiş SSRİ ölkələri çempionlarının iştirakı ilə "Birlik kuboku" yarışı 1993-cü ildən başlayaraq 2011-ci ilə kimi keçirilib. Sonradan klublar tərəfindən yarışa maraq azaldığından turnir gənclərdən ibarət milli komandaların iştirakı ilə keçirilib.“Birlik Kuboku” Azərbaycanda keçirilə bilər . qafqazinfo.az, 27.01.2017 23 iyul 2016-cı ildə Rusiya Futbol Federasiyası prezidenti Vitali Mutko turnirin daha keçirilməyəcəyini elan edib, lakin bununla belə turnirin Azərbaycanda yenidən bərpa edilməsini müzakirə edirlər.

Tarixi İlk dəfə 1993-cü ildə Moskvada təşkil olunmuşdur.

2009-cu ilin sentyabr ayında Sankt-Peterburqda "Birlik Kuboku"nun keçirilməsi haqqında birlik üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qərarının layihəsinin tamamlanması üzrə İşçi Qrupun iclasında turnirin adı dəyişdirilərək "MDB və Baltikyanı ölkələr birliyinin çempionlar kuboku" Beynəlxalq açıq futbol turniri olmuşdur.

Yarışa daha çox sponsorların cəlb olunmasına, həmçinin mükafat fondunun formalaşmasına imkan yaratmaq məqsədilə 2009-cu ilin noyabr ayından turnirin himayədarı dəyişərək turnirə MDB Başçılarının Şurası olmuşdur. O vaxta qədər isə "Birlik kuboku" ilə bağlı bütün məsələlər - həm nəzarət, həm də təşkilatçılıq Rusiya Futbol İttifaqına məxsus olub."Birlik kuboku" üçün yeni sponsor . apasport.az

Təmsil olunan ölkələr Azərbaycan Belarus Ermənistan Estoniya Finlandiya Latviya Litva Moldova Özbəkistan Qazaxıstan Qırğızıstan Gürcüstan Rusiya Serbiya Tacikistan Türkmənistan Ukrayna

Qeyd 1. Gürcüstan 2008-ci ilin avqustunda Rusiya tərəfindən ərazisinin bir hissəsinin işğal olunmasına etiraz edərək 2009-cu ildən etibarən bu yarışda iştirak etmir. Qeyd 2. 2007 və 2008-ci illərdə Serbiya, 2009, 2010 və 2011-ci illərdə Finlandiya çempionu turnirdə iştirak edib.

Ölkələrə görə uğurlar Yer Ölkə Qalib Finalçı Qaliblər Finalçılar 1 Rusiya 8 4 Spartak Moskva (6), Lokomotiv Moskva (1), Rubin Kazan (1) Spartak Moskva (3), Alaniya Vladiqafqaz (1) 2 Ukrayna 4 1 Dinamo Kiyev (4) Dinamo Kiyev (1) 3 Azərbaycan 3 1 Neftçi Bakı (1), Xəzər-Lənkəran (1), İnter Bakı (1) Neftçi Bakı (1) 4 Moldova 2 1 Şerif Tiraspol (2) Zimbru Kişinyov (1) 5 Özbəkistan 1 2 Paxtakor Daşkənd (1) Paxtakor Daşkənd (1), Neftçi Fərqanə (1) 6 Gürcüstan 1 1 Dinamo Tbilisi (1) Dinamo Tbilisi (1) 7 Latviya 0 4 Skonto (3), Ventspils (1) 8-9 Qazaxıstan 0 2 Aktobe (2) Belarus 0 2 Belarus (1), Şaxtyor Soliqorsk (1) 10 Litva 0 1 Kaunas (1)

Finallar Klublar thumb|right|200px|Birlik Kubokunun kuboku "Neftçi PFK"nin muzeyində. İl I yer Hesab II yer 1993 Spartak Moskva8:0 Belarus 1994 Spartak Moskva7:0 Neftçi Fərqanə 1995 Spartak Moskva5:1 Dinamo Tbilisi 1996 Dinamo Kiyev1:0 Alaniya Vladiqafqaz 1997 Dinamo Kiyev3:2 Spartak Moskva 1998 Dinamo Kiyev1:0 Spartak Moskva 1999 Spartak Moskva2:1 Dinamo Kiyev 2000 Spartak Moskva3:0 Zimbru Kişinyov 2001 Spartak Moskva2:1 ə.v. Skonto 2002 Dinamo Kiyev4:3 Spartak Moskva 2003 Şerif Tiraspol2:1 Skonto 2004 Dinamo Kiyev3:1 Skonto 2005 Lokomotiv Moskva2:1 Neftçi Bakı 2006 Neftçi Bakı4:2 Kaunas 2007 Paxtakor Daşkənd0:0 p. 9:8 Ventspils 2008 Xəzər-Lənkəran4:3 Paxtakor Daşkənd 2009 Şerif Tiraspol1:1 p. 5:4 Aktobe 2010 Rubin Kazan5:2 Aktobe 2011 İnter Bakı0:0 p. 6:5 Şaxtyor Soliqorsk

Millilər İl I yer Hesab II yer 2012 Rusiya (U-21)2:0 Belarus (U-21) 2013 Rusiya (U-21)4:2 Ukrayna (U-21) 2014 Ukrayna (U-21)4:0 Rusiya (U-21) 2015 CAR (U-20)2:1 Finlandiya (U-21) 2016 Rusiya (U-21)4:2 Moldova (U-21)

Bombardirlər

Yerfutbolçukomandasıqol1 Vladimir Besçastnıx Spartak Moskva202 Yeqor Titov Spartak Moskva183-4 Valeri Keçinov Paxtakor Daşkənd Spartak Moskva173-4 Mixail Mixolap Skonto175-6 Mixail Kavelaşvili Dinamo Tbilisi Spartak Vladiqafqaz145-6 Luis Robson Spartak Moskva147 Andrey Tixonov Spartak Moskva138-9 Valentin Belkeviç Dinamo Minsk Dinamo Kiyev128-9 Andrey Şevçenko Dinamo Kiyev1210-12 Qela İnalişvili Dinamo Tbilisi1110-12 Anatoli Kanişev Spartak Vladiqafqaz Spartak Moskva1110-12 Mixail Zemlinski Skonto11

Həmçinin bax Azərbaycan Birlik Kubokunda İstinadlar

Xarici keçidlər

КУБОК ЧЕМПИОНОВ СОДРУЖЕСТВА

Kateqoriya:Birlik Kuboku Kateqoriya:1993-cü ildə yarananlar Kateqoriya:Rusiyanın ev sahibliyi etdiyi beynəlxalq futbol turnirləri