Vampirin gündəlikləri teleserialının VI mövsümünün çəkiləcəyi CW tərəfindən 13 fevral 2014-cü ildə elan edilmişdi. Altıncı mövsümün premyerası 2 oktyabr 2014-cü ildə baş tutmuş və mövsümün final seriyası 14 may 2015-ci ildə efirə verilmişdir. Altıncı mövsümün seriyaları, mövsümdə baş verən hadisələrə uyğun olaraq 1903 və 1994-cü illərdə çıxarılmış məşhur mahnıların adları ilə adlandırılmışdır.
Məzmunu Altıncı mövsümdə hadisələr ABŞ-nin Virciniya ştatındakı uydurma Mistik Folls şəhərində baş verir. Mövsümdə əsas diqqət Yelena Gilbert (Nina Dobrev), Stefan (Pol Uizli) və Deymon (Yan Somerhalder) Salvatore qardaşları arasındakı sevgi üçbucağına ayrılmışdır.
Rollarda
Əsas heyət
Nina Dobrev — Yelena Gilbert və Ketrin Pirs Pol Uizli — Stefan Salvatore/Saylas Yan Somerhalder — Deymon Salvatore Stiven R. Makkuin — Ceremi Gilbert Ketrin Grehem — Boni Bennet Kendis Akkola — Keralayn Forbs Zak Roerig — Mett Danovan Maykl Trevino — Tayler Lokvud Maykl Malarkey — Enzo Sent-Con Metyu Devis — Alarik Zoltsman
İkinci heyət
Codi Lin O'Kifi — Cozette "co" Laflin (doğum Parker) Kris Vud — Malakay "Kay" Parker Penelopa Mitçell — Oliviya "Liv" Parker Marqaret Makİntir — Şerif Elizabet "Liz" Forbs Kris Borşu — Lukas "Lyuk" Parker Enni Verşinq — Lili Salvatore Emili Çenq — İvi Qabriell Uolş — Monik Tristin Meys — Sara Nelson (doğum Salvatore) Marko Ceyms — Liam Devis
Xüsusi qonaq Kolin Fergüson — Tomas Binsent "Tripp" Kukki (doğum Fell)
Qonaq
Dryu Stefanson — Kolin Felps Ceyson Uorner Smit — Dekan Kristofer Kuzins — Coşua Parker Kris Uilyam Martin — Zak Salvatore (fleşbek) Ceyson MakDonald — Qreyson Gilbert (fleşbek) Erin Bute — Miranda Sommers-Gilbert (yalnız səs)
Seriyalar SerialdaNo. MövsümdəNo. Başlıq Rejissor Ssenari müəllifi Orijinal efir vaxtı İstehsal kodu ABŞ izləyiciləri(milyon)
İstehsal
İnkişaf Serialın altıncı mövsümünün çəkiləcəyi 13 fevral 2014-cü ildə elan edilmişdir.
Aktyor seçimi Altıncı mövsümdə Nina Dobrev Yelena Gilbert; Pol Uizli Stefan Salvatore; Yan Somerhalder Deymon Salvatore; Stiven R. MakKuin Ceremi Gilbert; Kendis Akkola Kerolayn Forbs; Zak Roeriq Mett Donovan; Ket Qreham Boni Bennett; Maykl Trevino isə Tayler Lokvud obrazlarını canlandırmışdır.
Beşinci mövsümün finalından dərhal sonra serialda Alarik Zoltsman rolunu canlandıran və üçüncü mövsümün sonunda serialı tərk etmiş aktyor Metyu Devisin yenidən əsas aktyor heyətinə qayıdacağı elan edilir. 16 may 2014-cü ildə beşinci mövsümün ikinci plan aktyor heyətində yer almış və Enzo rolunu canlandıran aktyor Maykl Malarkeyin də əsas aktyor heyəti sırasında yer alacağı xəbər verilir.
12 iyul 2014-cü ildə aktrisa Qabriella Uolşun Sara, iki gün sonra, 14 iyulda Kolin Fergünsonun Tripp, 16 iyulda isə Emili Çenqin İvi rolları üçün seçilmələri elan edilir.
6 aprel 2015-ci ildə aktrisa Nina Dobrev Instagram hesabı vasitəsilə mövsümün sonunda serialdan ayrılacağını elan etdi. Dobrevsiz serialın davam etdirlib-etdirilməməsi haqqında çoxlu sayda şayiələr yayılsa da, qısa müddət sonra telekanal yeddinci mövsümün çəkiləcəyini elan etdi. Qısa müddət sonra isə Tayler Lokvud rolunu canlandıran aktyor Maykl Trevinonun da altıncı mövsümün sonunda serialdan ayrılacağı bildirilir.
İstinadlar
Kateqoriya:Vampirin gündəlikləri Kateqoriya:2014-cü il ABŞ televiziya mövsümü Kateqoriya:2015-ci il ABŞ televiziya mövsümü