Slitere Milli Parkı () — Latviyanın qərb sahillərində, Kurzeme vilayəti, Talsin rayonu ərazisində yerləşən milli park. Tarixi 1910-cu ildə Riqa təbiət sevərləri Rusiya imperiyası torpaq idarəçiliyi və kənd təsərrüfatı idarəsinə Mirisa adasında qoruğun təşkili üçün müraciət edir. Bunun üçün icazə alınır. Nəticədə Usmas gölündə yerləşən Morisa adasında qoruq təşkil edilir. Qoruğun sahəsi 80 ha təşkil edir. Bu qoruq Latviyanıın və SSRİ-nin ən yaşlı qoruğu olurЗаповедники СССР. Т. 1. М.: Гос. изд-во Географической литературы. 1951. 453 с..

Latviyanın ikinci qoruğu isə 1921-ci ildə təşkil edilən və sahəsi 717 ha ərazini əhatə edən, Dunqada şəhəri yaxınlığında yerləşən «Zalie kalni» (Yaşıl təpələr) qoruğu olur.

Sonradan Talsin rayonu ərazisində yerləşən «Zalie Kalni» qoruğu yerində sahəsi 15 060 ha olan «Slitere» qoruğu təşkil edilir. Bu qoruq ondan ölçü baxımınndan kiçik olan «Morissala» (o zamnki sahəsi 818 ha) və «Qrini» (sahəsi 1076 ha)Энциклопедия «Советская Латвия» Рига: Главная редакция энциклопедий, 1985, стр. 102 qoruqlarının idarəçiliyinə tabe etdirilir. 2000-ci ildə keçmiş qoruğun bazasında Slitere Milli Parkı təşkil edilir.

Müasir dövrdə Slitere Milli Parkının sahəsi 265 km² (bunun 101 km² baltik dənizinin ərazisinə düşür). «Slitere» Latviyanın ən kiçik milli parkıdır.

Milli park özünün enli yarpaqlı meşələri, bataqlıqları ilə seçilir. Enliyarpaq meşələrin böyük hissəsi «Zalie Kalni» (və ya Yaşıl təpələr), ərazisində yerləşir ki, burada parkın ən görməli yerlərindəndir. Min illər öncə «Zalie Kalni» Baltik buzlaq gölünün sahil xəttini təşkil edirdi.

Park ərazisinin 30% iynəyarpaqlı meşələrlə örtülüdür. Parkda minlərlə bitki növü vardır. Onlardan 29 növ ancaq Latviya ərazisində müşahidə edilir. Slitere Milli Parkı quşların miqrasiya yolu üzərində yerləşir. Yaz və payız köçləri zamanı 1 saatda burada 60 min quş müşahidə edilir. Parkda iri canlılardan Adi canavar, vaşaq və sığın görmək olar. Baltik dənizi sahillərində Boz suitini müşahidə edilir, nadir hallarda olsa belə Halqaşəkilli suitilər müşahidə olunur.

Mənbə Northern Kurzeme https://web.archive.org/web/20081030060805/http://www.slitere.gov.lv/en_territories_fauna.htm Official Latvian Tourism Portal İstinadlar

Kateqoriya:Latviya milli parkları Kateqoriya:2000-ci ildə yaradılmış qoruq əraziləri