Kazan Dəmiryolu Stansiyası - Kazan şəhərinin mərkəzində, Privağzalnaya meydanında yerləşir. Vağzal binası 1896-cı ildə Henrik Ruşun) layihəsi əsasında inşa edilmişdir. Şəhərin görməli yerlərindən biridir. Şəhər ətrafı terminal isə 1967-cı ildə inşa edilmiş və 2005-ci ildə yenidən bərpa edilmişdir. Kazan stansiyası 36 cüt uzaq və 13 yaxın məsafəli qatarlara xidmət edir. Üstəlik xidmət arasında şərq istiqamətində olan dizel qatarları da vardır. İl ərzində vağzal 8 mln sərnişinə xidmət edir. Stansiyada 15 yol, bir neçə aşağı platforma və yolların üstündə bir yerüstü üst keçid var. Bütün əsas platformalarda işləyən liftlər vardır. Stansiyanın ərazisi qapalıdır. Ora giriş nəzarət altındadır. İstənilən şəxs sərbəst şəkildə kassalardan bilet əldə edə bilir. Şəhərətrafı qatarlara keçid üçün terminaldakı turniket kompleksləri, qərb və şərq platformalarında iki ayrı qırmızı pavilyon istifadə olunur. Stansiyanın yerləşdiyi meydandan metro istisna olmaqla, hər cür ictimai nəqliyyat keçir.
Şəhərə dəmir yolunun çəkilişindən bir qədər sonra 1893-cü ildə voğzal açılmışdır. Sovetlər dönəmində binada Qorkov dəmir yollarının Kazan bölməsi yerləşirdi.
Stansiya binası 1992-ci ildə şiddətli bir yanğına məruz qaldı və 1997-ci ildə yenidən bərpa edildi. 2005-ci ilə şəhərin mi illiyi münasibətilə vağzalın bərpası planlaşdırılırdı. Ancaq meydanın və şəhər ətrafı platformanın bərpası mümkün olmuşdur.
Uzun məsafə qatarları 2018-ci ilin iyun ayından etibarən stansiyadan aşağıdakı uzun məsafə qatarları işləyəcək:
Qatarların illik dövriyyəsi № Qatar Maşrut xətti № Qatar Maşrut xətti 1 «Premium» Kazan — Moskva 2 «Premium Moskva — Kazan 15 «Ural» Yekaterinburq — Moskva 16 «Ural» Moskva — Yekaterinburq 23 «İki mərtəbəli quruluş» Kazan — Moskva 24 «İki mərtəbəli quruluş» Moskva — Kazan 41 «Nijni Novqorod-Moskovski » Kazan — Nijni Novqorod-Moskovski 42 «Nijni Novqorod-Kazan» Nijni Novqorod — Kazan 45 «Ural» Yekaterinburq — Kislovodsk 46 «Ural» Kislovodsk — Yekaterinburq 59 «Tümen» Nijnevartovsk — Moskva 60 «Tümen» Moskva — Nijnevartovsk 75 Kazan-2 76 Moskva — Neryunqri 81 Kazan-2 82 Moskva — Ulan-Ude 105 Nijnevartovsk — Volqoqrad 106 Volqoqrad — Nijnevartovsk 111 Kruqloe Pole — Moskva 112 Moskva — Kruqloe Pole 117 Kazan-2 118 Moskva — Novokuznes 133 «Povolje» Kazan — Sankt-Peterburq 133 «Povoje» Sankt-Peterburq — Kazanl 139 Novosibirsk — Adler 140 Adler — Novosibirsk 303 Almatı — Kazan 304 Kazan — Almatı 325 Perm — Kislovodsk 326 Kislovodsk — Perm 367 Kirov st. — Kislovodsk 368 Kislovodsk — Kirov st. 377 Yeni Urenqoy — Kazan 378 Kazan — Yeni Urenqoy
Qatarların mövsümü dövriyəsi № Qatar Maşrut xətti № Qatar Maşrut xətti 475 Kazan — Adler 476 Adler — Kazan 491 Kazan — Adler 492 Adler — Kazan 509 Kazan — Novorossiysk 510 Novorossiysk — Kazan 515 İjevsk — Anapa 515 Anapa — İjevsk 583 Kazan — Anapa 584 Anapa — Kazan
Mənbə Расписание поездов дальнего следования Расписание пригородных поездов Схема Арского (Восточного) направления Схема Зеленодольского (Западного) направления İstinadlar