Kürdüstan Fəhlə Partiyası və ya PKK, həmçinin KADEK, Kongra-Gel və KCK — Abdullah Öcalan tərəfindən 27 noyabr 1978-ci ildə yaradılan Türkiyənin şərq və cənub-şərqini, İraqın şimalını, Suriyanın şimal-şərqini və İranın şimal-qərbini əhatə edən bölgədə özünüidarə qurmaq və bu məqsədlə sözügedən torpaqlara sahib çıxmaq məqsədi ilə hərbi hədəflərə, və mülki şəxslərə qarşı hücumlar təşkil edən qanunsuz separatçı silahlı təşkilat. PKK Türkiyə, ABŞ, Aİ və digər ölkələr tərəfindən terror təşkilatı olaraq qəbul edilir.

2025-ci ildə Kürdüstan Fəhlə Partiyası özünü buraxdığını və silahlarını təslim edəcəyini açıqlayıb

Haqqında Təşkilat kürd xalqının azadlığı uğrunda mübarizə apardığını iddia edir və 1980-ci illərdən bu günə qədər aktiv silahlı fəaliyyət göstərir. Türkiyə, ABŞ, Avstraliya, Kanada, Suriya, İraq, İran, İsveç, Yeni Zelandiya, Qazaxıstan, Qırğızıstan, Avropa İttifaqı PKK-nı terror təşkilatı kimi tanıyıb və fəaliyyətini qadağan edib. Bununla belə, bir çox xarici kütləvi informasiya vasitələri "PKK döyüşçüləri" və ya "kürd separatçıları" ifadələrini işlədirlər.

PKK-nın həyata keçirdiyi terror aktları nəticəsində 1984-cü ildən bu yana 40 000 insan həyatını itirmişdir.

PKK-nın təşkil etdiyi terror aktları

Bölgələrə görə Kürdüstan Fəhlə Partiyasının fəaliyyətiStephen R. Barnhart "New International Terrorism and Political Violence." page 107–109HədəfHərəkətləriTürkiyəŞimaliİraqQərbiAvropa HökumətNümayiş/Qiyam 15px|Yes 15px|Yes 15px|Yes Qiyam 15px|Yes 15px|Yes Adam oğurluğu 15px|Yes 15px|Yes Sui-qəsd 15px|Yes 15px|Yes Sabotaj 15px|Yes Kimyəvi hücumTwo decoded cases: 1) August 27, 1996 mustard/sarin 2) (50 mg/l) of cyanide to three water tanks used by the Air Force. 15px|Yes Bombalı hücum Poçt/Qatar/Elektrik 15px|Yes Polis 15px|Yes Polis idarəsi 15px|Yes Silahlıhücum Ordu 15px|Yes 15px|Yes Polis 15px|Yes Kənd müdafiəçiləri 15px|Yes Mülki Adam oğurluğu 15px|Yes Sui-qəsd 15px|Yes 15px|Yes Bombalıhücum Kənd 15px|Yes 15px|Yes Turist təsisatı 15px|Yes Ticarət obyektləri 15px|Yes Mütəşəkkil cinayət Xərac 15px|Yes 15px|Yes Narkotik qaçaqmalçılığı Tranzit Tranzit Varış İnsan qaçaqmalçılığı Başlanğıc yeri Başlanğıc yeri

PKK Təşkilatının Liderləri və Nümayəndələri Murad Karayılan Abdullah Öcalan'dan sonra PKK-KCK təşkilatının və Xalqın Müdafie Qüvvələri HPG lideridir. Sabri Ok PKK təşkilatının Avropa qanadının nümayəndəsidir. Cemil Bayık PKK təşkilatının nümayəndəsidir Ali Haydar Kaytan PKK təşkilatının nümayəndəsidir. Mustafa Karasu PKK təşkilatının nümayəndəsidir. Fehman Hüseyin Doktor Bəhruz kod adlı Suriyalı PKK təşkilatının lideridir. Duran Kalkan PKK təşkilatının lideridir. Bese Hozat Mizgin Əməd Bozan Bedirhan

Həmçinin bax Kürd separatizmi

İstinadlar

Kateqoriya:Kürdüstan Fəhlə Partiyası Kateqoriya:27 noyabrda yarananlar Kateqoriya:1978-ci ildə yarananlar

Kateqoriya:Türkiyə tərəfindən terror təşkilatı olaraq tanınmış təşkilatlar Kateqoriya:Türkiyədə kürd seperatizmi Kateqoriya:Sosialist partiyaları Kateqoriya:Partizan hərəkatları Kateqoriya:Qadağan olunmuş siyasi partiyalar Kateqoriya:Kommunist partiyaları Kateqoriya:Müqavimət hərəkatları