Bakı-Aktau bərə yolu — Xəzər dənizinin Bakı və Aktau portları arasında dəniz yolu. 1970-ci illərdə neft daşımaları ilə fəaliyyətə başlamışdır. Bu yol ilə ildə 6–6,5 mln. ton neft Qazaxıstandan Bakıya daşınırdı. Uzunluğu 470 km-dir. 2001-ci ilin sentyabrında yenidən bərpa olunmuş dəmir yolu variantı Bakı–Aaktau bərə yolu ilə neftlə yanaşı dəmir yol vaqonları, avtomobil, taxıl və s. yüklər, həmçinin sərnişin daşımaları yerinə yetirilir. Aktau portundan Qazaxıstanın şimalını birləşdirən 400 km-lik dəmir yolu kənd təsərrüfatı məhsulları və s.-nin daşınmasını xeyli səmərəli edir. Yük-sərnişin bərələrinə 28 dəmir yolu vaqonu və ya sisterni, uzunluğu 20 m-ə -dək olan avtoqatarlar və s. yükləmək mümkündür. Sərnişinlər üçün həm kayutlar, həm də oturacaqlar vardır. Gəmi bərələr portlar arasındakı məsafəni 24 saata qət edir.

Mənbə 

Kateqoriya:Su nəqliyyatı