Visions of Azerbaijan () — Azərbaycan jurnalı.

Haqqında "Visions of Azerbaijan" jurnalı Azərbaycanın tarixi və mədəniyyətinin müstəqil, yüksək keyfiyyətli və rəngli təqdimatıdır. İki ayda bir dəfə nəşr edilən jurnal beynəlxalq əlaqələr, biznes və turizm sənayesi, eləcə də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yenilikləri əhatə edir.

2006-cı ildə TEAS və İngiltərə-Azərbaycan Gənclər Cəmiyyəti tərəfindən yaradılan Visions of Azerbaijan jurnalı adı gedən ölkədə peşəkar jurnalistlər, tarixçilər, incəsənət adamları və dizaynerlər tərəfindən hazırlanır. Mətnlər həm daxili məlumatlara əsasən yazılmış, həm də müvafiq sahələrdə bilikli ekspertlərin məqalələrindən götürülmüşdür. Jurnal xüsusilə beynəlxalq auditoriya üçün yazılmışdır.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:2006-cı ildə Azərbaycanda yarananlar Kateqoriya:Azərbaycan jurnalları Kateqoriya:İngilis dilində jurnallar