Mehmed Şövkət Əfəndi () — 32. Osmanlı sultanı Əbdüləzizin beşinci oğlu, Osmanlı şahzadəsi.

Həyatı Şahzadə Mehmed Şövkət Əfəndi 1872-ci ildə Dolmabağça sarayında dünyaya gəlmişdir. Atası Sultan Əbdüləziz, anası isə onun üçüncü xanımı Neşərək xanım idi. 4 yaşında ikən atası taxtdan devrilmiş və bir neçə gün sonra şübhəli olaraq ölü tapılmışdı. V Muradın qısa səltənətinin ardından Ortaköydəki köşkdə yaşamağa başlayan Mehmed Şövkət Əfəndi ilk təhsilini 1879-cu ildə qardaşı Seyfəddin Əfəndi və bacısı Əsma Sultan, eləcə də Sultan Əbdülhəmidin övladları Səlim Əfəndi və Zəkiyə Sultanla birlikdə İhlamur sarayında almağa başladı. 3 aprel 1890-cı ildə Fatmayı-nur xanımla evləndi və bu evlilikdən 1 oğlu dünyaya gəldi. Sultan Əbdüləzizin oğul nəsli məhz onun ailəsindən törəyib. Məzarı Sultan Mahmud türbəsindədir. Məzar daşının üzərinə aşağıdakı yazı yazılmışdır:Cennet mekân Sultan Abdülaziz Han Hazretlerinin mahdum-ı mükerremleri Şevket Efendi Hazretlerinin ruhuna Fatiha. Tarih-i veladetleri 1284 Sene-i Hicriyye, Tarih-i vefatları 17 Cemaziyelevvel 1317 ; 10 Teşrinievvel 1315

Ailəsi 3 aprel 1890-cı ildə Ulduz sarayında Fatmayı-nur xanımla (d. 2 yanvar 1873, Balıkəsir — ö. 1935, İstanbul) evləndilər. 1 övladı oldu:

Mehmed Cəmaləddin Əfəndi

Mənbə https://archive.org/stream/GenealogyOfTheImperialOttomanFamily2005#page/n21/mode/1up

Kateqoriya:Osmanlı şahzadələri Kateqoriya:İstanbulda doğulanlar