Amsterdam turniri () — mövsüm əvvəli Niderlandın paytaxtı Amsterdamda yoldaşlıq məqsədi ilə təşkil edilən futbol turniri. Turnirə Erediviziya komandalarından "Ayaks" klubu ev sahibliyi etmiş və matçlar 1976-cı ildən 1996-cı ilə qədər De Mer stadionunda, 1996-cı ildən 2009-cu ilə qədər Amsterdam Arenada oynanılmışdır.

Təşkilat, şəhər tarixinin 700-ci ilini qeyd etmək məqsədi ilə, 1975-ci ildə "Amsterdam 700 turniri" () adı ilə yaradılıb. 1934-cü ildən 1996-cı ilə qədər "Ayaks"ın daxili sahə matçlarını oynadığı De Mer stadionunda təşkil edilən turnir, 1992-ci ildə olan yeddi illik fasiləyə qədər hər yay keçirilib. 1986-cı ilə qədər yarımfinallar, ikinci, üçüncü yer üçün matç və final olmaqla bərabər üç gündə ümumi dörd matç oynanılırdı. 1987-ci ildə, ilk dəfə komandalar bir-birləri ilə matçı liqa formatında oynamağa başladı. 1999-cu ildə Beynəlxalq Fəaliyyət Tərəfdaşlığı ( qısa olaraq IEP) dəstəyi ilə turnir bu dəfə Amsterdam Arenada təşkil edilməyə başladı. Turnir yenidən başladıqdan sonra, turnirdə rəsmi futbol təşkilatlarında istifadə edilməyən bal vermə sistemi istifadə edilmişdir.

Açar

/ /

/ Qərbi Almaniya

Turnirlər thumb|350px|1975 Amsterdam turnirində "Barselona" futbolçularının birlikdə çəkdiyi şəkil. thumb|180px|Barselona futbolçusu Yohan Kroyff, 1975 Amsterdam turnirində komandanın qazandığı üçüncü yer mükafatını göyə qaldırarkən. thumb|right|185px|Stiven Cerrard turnirdə Liverpul forması ilə oynayıb."Galatasaray 2–1 Liverpool" . BBC Sport. 3 Ağustos 2003. Erişim 28 Ağustos 2010. thumb|350px|1976 Amsterdam turniri finalında ev sahibi "Ayaks" və "Belçika" heyəti qarşılaşarkən.

İstinadlar

Kateqoriya:Futbol turnirləri