İpək () və ya əsl adı ilə Sindi Mun () – Marvel Comics tərəfindən nəşr olunan komikslərdə peyda olan uydurma personaj. Den Slott və Umberto Ramos tərəfindən yaradılmış, ilk dəfə "The Amazing Spider-Man" komiksinin 1-ci sayında (aprel 2014) peyda olmuşdur. Koreyalı-amerikalı mənşəyə malik olan İpək Hörümçək-adam personajlarından biridir.

İpək bir neçə video oyunda və filmdə görünmüşdür. "Hörümçək-adam: Evə qayıdış" filmində Sindi Mun rolunu Tiffani Espensen canlandırmışdır. "Qisasçılar: Sonsuzluq savaşı" filmində isə çox qısa səhnədə görünmüşdür. Sony 22 iyun 2018-ci ildə "İpək" filmi üzərində işlədiklərini bildirmişdir.

Nəşrolunma tarixi thumb|İpəyin ilk dəfə tam şəkildə göründüyü "The Amazing Spider-Man" komiksinin 4-cü sayı (3-cü cild).|left İpək Den Slott və Umberto Ramos tərəfindən yaradılmış, ilk dəfə "The Amazing Spider-Man" komiksinin 1-ci sayında (aprel 2014) üzsüz şəkildə kameo etmişdir. Tam şəkildə ilk dəfə eyni komiksin 4-cü sayında peyda olmuşdur.

Bioqrafiya Personajın ortaya çıxmasından 13 il öncə bir elmi sərgidə radioaktiv şüaların istifadəsi nümayiş etdirilir. Nümayiş zamanı bir hörümçək həddən artıq çox radioaktiv şüalanmaya məruz qalır. Hörümçək ölməzdən öncə Piter Parkeri sancır və o, Hörümçək-adam olur. Lakin Piter Parkerdən sonra hörümçək Sindi Mun adlı başqa tələbə qızı da sancmağa imkan tapa bilir.The Amazing Spider-Man vol. 3 #1 (April 2014) Tezliklə Sindi Munda hörümçəkə xas güclərə malik olur (Parkerdən fərqli olaraq üzvi tor atmaq), lakin bunları kontrol etməkdə çətinlik çəkir. Bir müddət sonra İezekiil Mun ailəsinə yaxınlaşır və tədricən Sindiyə güclərindən istifadə etməyi öyrədir. 6 illik məşqdən sonra İezekill onu və "digər hörümçəkləri" Morlundan qorumaq üçün öz binasına bağlayır.The Amazing Spider-Man vol. 3 #4 (July 2014)

Hörümçək-adam Sindi Munun da güclər qazandığını öyrəndikdən sonra onu xilas edir. Özünə tordan kostyum hazırlayır və Hörümçək-adamdan ona İpək kimi müraciət etməsini istəyir.

Güclər İpək Hörümçək-adama xas olan güclərə malikdir. Onun hörümçək hissinə komiksdə "ipək hissi" kimi xitab olunur və Piterinkidən daha güclüdür. Hörümçək-adam İpəklə ilk görüşündə onun daha sürətli, amma daha fiziki cəhətdən daha zəif olduğunu müşahidə etmişdir. Bunlardan əlavə, İpək barmaq uclarından üzvi tor atmaq və eydetik yaddaş (gördüyü hər şeyi yadda saxlamaq) güclərinə malikdir.

İstinadlar

Xarici keçidlər İpək Marvel Vikisində. İpək Comic Vine-da.

Kateqoriya:Marvel Comics superqəhrəmanları Kateqoriya:2014-cü ildə tanıdılan komiks personajları Kateqoriya:Eydetik yaddaşa malik personajlar Kateqoriya:Qeyri-insani sürətlə hərəkət edə bilən Marvel Comics personajları Kateqoriya:Tez sağala bilən Marvel Comics personajları Kateqoriya:Marvel Comics mutatları Kateqoriya:Hörümçək-adam personajları Kateqoriya:Asiyalı superqəhrəmanlar Kateqoriya:Marvel Comics qadın superqəhrəmanları Kateqoriya:Uydurma müxbirlər Kateqoriya:Marvel Comics əlbəyaxa döyüşçüləri Kateqoriya:Q.A.L.X.A.N. casusları