Laçın massivi və ya Laçınkənd — Bakının Qaradağ rayonu ərazisində, Qurd qapısı yaxınlığında Bakı dairəvi avtomobil yolu üzərində yaşayış massivi.
Tarixi 1993-cü ildə Laçın rayonu ermənilər tərəfindən işğal edildikdən sonra əsasən Laçın rayonunun İmanlar kəndinin əhalisi burada yerləşmişdir.
Yaşayış massivi daha çox Laçınkənd adı ilə tanınır.
Coğrafiyası Yaşayış massivi dağın yamacında yerləşir. Həmçinin "Qurd qapısı" adlanan ərazi ilə Sədərək Ticarət Mərkəzi aralığında, Bakı dairəvi avtomobil yolu üzərindədir.
Təhsil Laçın massivində Laçın rayonu İmanlar kənd ümumi orta məktəbi fəaliyyət göstərir (Laçın rayonu Vüqar Cavanşir oğlu Niftəliyev adına İmanlar kənd tam orta məktəbi isə Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində fəaliyyət göstərir).
İstinadlar
Kateqoriya:Qaradağ rayonu