SSRİ-də məcburi köçürülmələr — Sovet İttifaqında əhalinin məcburi köçürülmələri dedikdə Sovet İttifaqında anti-sovet və ya anti-kommunist hərəkatlar içində olub, "fəhlə sinfinin düşmənləri" hesab edilən şəxslərin və ya qrupların, müxtəlif iş növlərində əmək gücü olaraq istifadə edilmək üçün ehtiyac olan yerlərə köçürülmələri və dövlət idarəsi tərəfindən planlanan köçürülmələr nəzərdə tutulur.
Təsirləri Sürgün edilən şəxslər və ya qruplar, bəzi hallarda isə bütöv millətlər əhalinin az olduğu yerlərə köçürülürdülər. Dövlət tərəfindən birbaşa idarə olunan bu məcburi köç siyasətinə təxminən 6 milyon insanın daxil olduğu təxmin edilir.Naimark, Norman M. Stalin's Genocides (Human Rights and Crimes against Humanity). Princeton University Press, 2010. s. 131.Rosefielde, Steven (2009). Red Holocaust. Routledge. s. 84. Bəzi mənbələr isə bu siyasət nəticəsində 1 milyon şəxsin həyatını itirdiyini bildirir.Rosefielde, Steven (2009). Red Holocaust. Routledge. s. 83.Polian, Pavel (2004). Against Their Will: The History and Geography of Forced Migrations in the USSR. Budapest: Central European University Press
İkinci Dünya müharibəsində Qızıl Ordunun girdiyi bölgələrdə, xüsusilə də Nasist Almaniyasını dəstəkləyən bölgələrə güclü köç dalğaları olmuşdur.
Qalereya
İşçi qüvvəsinin köçürülməsi
Hədəfli işçi qüvvəsinin köçürülməsi ilə bağlı cəza xarakterli olmayan bir neçə diqqətəlayiq kampaniya mövcud idi.
İyirmi beş minlik NKVD əmək kolonları Bakirə Torpaqları kampaniyası Bakı neft sənayesi işçilərinin köçürülməsi: Alman-Sovet müharibəsi zamanı, 1942-ci ilin oktyabrında, Almaniyanın potensial təhlükəsi qarşısında, Bakının neft sahələrindən təxminən 10.000 işçi ailələri ilə birlikdə potensial neft hasilatı olan bir neçə sahəyə ("İkinci Bakı" sahəsi, Volqa-Ural neft yatağı, Qazaxıstan və Saxalin) köçürüldü, baxmayaraq ki, Almaniya Bakını ələ keçirə bilmədi. Xetaqurov kampaniyası
İstinadlar
Kateqoriya:SSRİ-də repressiya Kateqoriya:Deportasiya Kateqoriya:Məcburi miqrasiya Kateqoriya:Avropada etnik təmizləmə Kateqoriya:Asiyada etnik təmizləmə Kateqoriya:İnsanlıq əleyhinə cinayətlər Kateqoriya:İosif Stalin Kateqoriya:Buddistlərin təqibi Kateqoriya:Müsəlmanların təqibi Kateqoriya:Daxili miqrasiya Kateqoriya:SSRİ-də kütləvi deportasiyalar Kateqoriya:SSRİ tarixi