Su polosu arenası — Bakı şəhərinin Səbail rayonunda, əsasən su polosu yarışlarının keçirilməsi üçün nəzərdə tutulan arena. Arena Dövlət Bayrağı Meydanının cənub ucunda yerləşir. Arena təxminən üç min insan üçün nəzərdə tutulmuşdur. 2015-ci ildə arenada 2015 Avropa Oyunları çərçivəsində su polosu yarışmaları keçirildi.

Tarixi İlk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva ilk dəfə olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2013-cü il fevralın 3-də keçirilmiş Oyunların Təşkilat Komitəsinin ilk iclasında Bakıda su polosu arenasının qurulacağını elan etdi.

Su polosu arenasının Bakıda Su İdmanları Mərkəzinin yanında inşa ediləcəyi açıqlandı. 2015-ci ildə Avropa Oyunlarının başlamasına qədər fəaliyyətə başlayır. Mənbə В Баку появятся арены для водного поло и пляжного волейбола Официальный сайт Европейских игр 2015 “Bakı-2015”-in keçiriləcəyi məkanlar açıqlandı Названы спортивные арены, где пройдут I Европейские Олимпийские игры Bakıda möhtəşəm idman arenaları tikiləcək - FOTO Xarici keçidlər Официальный сайт первых Европейский игр 2015 в Баку Азад Рагимов: Спорт способствует здоровью будущего поколения в Азербайджане

Kateqoriya:Bakının görməli yerləri