Koton Sport Qarua Futbol Klubu — Koton Sport klubu kimi də tanınan, Kamerunun Qarua şəhərini təmsil edən peşəkar futbol klubudur. Klub öz ev oyunlarını Omnisport de Qarua stadionunda keçirir.

Tarixi Klub 1986-cı ildə təsis edilmişdir. Klub 1992-ci ildə Premyer Liqaya yüksələnə kimi ölkənin aşağı diviziyalarında çıxış etmişdir. 1996-cı ildən bəri yerli oyunçulara üstünlük verən Koton Sport on bir dəfə çempionatının qalibi olmuşdur. 2008-ci ildə isə klub KAF Çempionlar Liqası turnirinin finalçısı olmuşdur. Onlar Misir təmsilçisi olan Əl-Əhli klubuna finalda məğlub olmuşlar.

Uğurları

Milli çempionat Kamerun Premyer Diviziyası: Çempion (17): 1997, 1998, 2001, 2003, 2004, 2005, 2006, 2007, 2008, 2010, 2011, 2013, 2014, 2015, 2018, 2021, 2022. İkinci yer (5): 1994, 1996, 1999, 2000, 2002.

Kamerun Kuboku: Çempion (6): 2003, 2004, 2007, 2008, 2011, 2014. İkinci yer (1): 1999.

Beynəlxalq turnirlər KAF Çempionlar Liqası: İkinci yer (1): 2008 KAF Kuboku: İkinci yer (1): 2003

Baş məşqçiləri

Jül Nyonqa Bonavantyur Conkep (2002–03) Lamin Ndiaye (2003–06) Deni Lavan (2007–08) Alen Uombleon (2008–09) Denis Lavan (2009–11) Rober Buaven (2012) Sebastyan Dezabr (2012–13) Didiye Qomes Da Rosa (2014–15) Minkreo Birve (2017–)

İstinadlar

Kateqoriya:Kamerun futbol klubları