Gübrə — Bitkiləri qida maddələrlə təmin etmək üçün torpağa, bəzən isə yarpaqlara (kökdənxaric qidalanma) verilən üzvi və mineral maddələrdir. Gübrələr birinci növbədə, bitkini asan mənimsəyə biləcəyi formada olan qida maddələrlə təmin edirlər. Bundan başqa gübrələr torpağın fiziki, kimyəvi və bioloji xassələrini yaxşılaşdırır ki, bu da məhsulun artmasına və onun keyfiyyətinin yaxşılaşmasına səbəb olur. Gübrə verməklə məhsulla birlikdə torpaqdan götürülmüş qida maddələri də torpağa qaytarılır. Bununla da torpağın məhsuldarlığı bərpa edilir. Gübrələr bir neçə qrupa bölünürlər:
tərkib və ya mənşələrinə görə: üzvi, mineral, üzvi-mineral, bakterial, hormonal gübrələr; tərkibində qida maddələrinin miqdarına görə: birtərəfli (sadə) və çoxtərəfli (mürəkkəb və qarışıq) gübrələr; tərkibindəki faydalı elementlərin kəsifliyinə görə: sadə və zənginləşdirilmiş gübrələr; torpağa göstərdikləri təsirə görə: turş, neytral və qələvi gübrələr; 5.təsiretmə səciyyəsinə görə: bilavasitə təsir edən, dolayı yolla təsir edən və stimulə edən gübrələr.
Kənd təsərrüfatı bitkilərindən yüksək məhsul əldə etmək və torpağın münbitliyini artırmaq üçün aqrotexniki sistemlər içərisində gübrələrdən istifadə tədbirləri ən vacib yerlərdən birini tutur. Üzvü və mineral gübrələrin tətbiqi bütün kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını yüksəldir və onların keyfiyyətini yaxşılaşdırır. Gübrələrdən səmərəli istifadə, bitkilərdə şəkərin, nişastanın, yağların, zülalların və vitaminlərin miqdarını artırır. Üzvü və mineral gübrələr torpağın strukturuna təsir etməklə, torpaq məhlulunun reaksiyasını, mikrobioloji prosesləri yaxşılaşdırmaqla onun (məhsul) münbitliyinin artmasında aktiv iştirak edir. Əkinçilikdə üzvü, mineral, bakterial və meliorativ (gips və əhəng) gübrələrdən istifadə olunur.
Gübrələrin tarixi 1798-ci ildə ingilis iqtisadçısı Tomas Maltus "Əhalinin məskunlaşma təcrübəsi" adlı kitabını çap etdirdi və burda özünün məşhur nəzəriyyəsini verdi: Dünya əhalisinin sayı həndəsi silsilə üzrə artdığı halda, mövcud olma vasitələri yalnız riyazi silsilə üzrə artır. Bu nəzəriyədən belə çıxır ki, gələcəkdə insanları aclıq gözləyir. Yüz il sonra Çarlz Darvinin dostu, onun nəzəriyyəsinin təbliğatçısı, ingilis alimi Tomas Heksli də bu nəticəni təsdiq etdi. "Ölüm ağacından" qaçmaq üçün insanlardan məhsuldarlığı sürətlə artırmaq, bunun üçün isə bitkilərin qidalanmasını yaxşılaşdırmaq tələb olunurdu. Göstərilən istiqamətdə ilk təcrübəni XVII əsrin 30-cu illərində öz dövrünün tanınmış alimlərindən biri olan niderlandlı həkim və əlkimyaçı Yan Baptist van Helmont aparmışdır. O, 200 funt ağırlığında (80 kq-a yaxın) quru torpaq götürüb böyük dibçəyə doldurdu və ora söyüd budağı basdırıb mütamadi olaraq yağış ilə suladı. Budaq kök atıb böyüdü və ağaca çevrildi. Təcrübə 5 il davam etdi. Bütün bu vaxt ərzində bitkinin kütləsi 164 funt 3 unsiya (66 kq-a yaxın) artdı, torpaq isə cəmi 3 unsiya yəni 100q-dan az azaldı. Bu nəticədən van Helmont belə qərara gəldi ki, bitkilər qida maddələrini yalnız sudan alır. Sonrakı tədqiqatlar bunu təkzib etdi. Bitkilərin əsas kütləsini təşkil edən karbon elementi suyun tərkibində olmadığına görə belə çıxırdı ki, onlar karbon qazını udaraq "hava ilə" qidalanır. Bitkilərin "hava qidası" nəzəriyyəsini isveçrəli botanik və fizioloq jan Senevye (1742-1809) inkişaf etdirdi. O, təcrübi olaraq sübut etdi ki, bitkilərin yarpaqlarında karbon qazının parçalanması baş verir: oksigen ayrılır, karbon isə bitkidə qalır. Bəzi alimlər bu nöqteyi-nəzərlə razılaşmadılar, onlar belə hesab edirdilər ki, bitkilərin qidasının əsasını torpağın üzvi maddələri təşkil edir. Bunu əsirlərlə aparılan kənd təsərrüfatı təcrübələri təsdiq edirdi: çürüntü ilə zəngin, peyinlə yaxşı gübrələnmiş torpaq bol məhsul verir. Dahi alman kimyaçısı Yustus Libix ilk dəfə torpaqda mineral maddələrin tükənməsini və onların yenidən torpağa qaytarılmasının vacibliyini göstərmişdir.
Üzvi gübrə Peyin, peyin şirəsi, quş zılı, torf, müxtəlif bitki kompostları, şəhər təsərrüfatlarının üzvü tullantıları (çirkab suları, çirkab suların çöküntüləri, şəhər zibilləri), sapropel, yaşıl gübrə (sideratlar) aiddirlər. Üzvü gübrələrin təsiri 3-4 il və daha artıq müddətdə müsbət təsirini göstərir. Respublikanın bütün bölgələrində əsas üzvü gübrə peyindir. Peyin kənd təsərrüfatı heyvanlarının döşənəkli və döşənəksiz bərk və sulu ifrazat formasıdır. Döşənək - Peyinin zəruri tərkib hissəsi olmaqla onun fiziki-kimyəvi xassələrini yaxşılaşdırır. Döşənəyin böyük zoogigiyenik və aqronomik əhəmiyyəti vardır. О heyvanlar üçün yumşaq, quru yataq əmələ gətirməklə yanaşı onların quru və bərk ifrazatlarını özündə saxlayır, pəyələrdəki zərərli qazları udur və peyin çıxımını artırır. Döşənəklə birlikdə peyinə əlavə qida maddələri daxil olur ki, bunlar da mikrobioloji proseslərin təsiri ilə bitkilərin daha yaxşı mənimsəyə biləcəyi formaya keçir. Döşənək üçün müxtəlif materiallardan о cümlədən küləş, torf, saman, xəzəl, iynəyarpaq, ağac kəpəyi və s. istifadə olunur. Küləş döşənəyi üzərində hazırlanan peyin küləşli peyin, torf döşənəyi üzərində hazırlanan peyin isə torflu peyin adlanır. Bəzi şərq ölkələrində döşənək üçün çürüntülü torpaqdan da geniş istifadə olunur. Bu cür peyinə torpaqlı peyin deyilir. Döşənək olmadıqda və уa çatışmadıqda pəyələrdə döşənəksiz peyininin tərkibində olan qidalı maddələrin xeyli hissəsi itir. Bu döşənəklərin heyvanın duru ifrazatlarını özlərinə müxtəlif səviyyədə hopdurma xüsusiyyətinə malikdir Peyinin tərkibində bitkiyə lazım olan bütün qida maddələri olduğu üçün onu tam gübrə adlandırmaq olar. Onun keyfiyyəti heyvanın növündən, yemin tərkibindən, döşənəyin keyfiyyət və kəmiyyətdən, yığılma və saxlanmasından asılıdır. Döşənəkli peyin - 25% quru, 75% su ilə təmin olunub. Orta hesabla belə peyinin tərkibində 0,5% azot, 0,25% fosfor, 0,6% kalium, 0,35% kalsium vardır. Peyin torpağa verildikdə torpaq mikroflorası faydalı bakteriya qrupları ilə zənginləşir. Atların və qoyunların peyinində mikrobioloji proseslərin tez getməsi nəticəsində üzvü maddələrin parçalanması nəticəsində yüksək miqdarda istilik alınır. Atlara nisbətən iri buynuzlu malların peyini daha nəm olduğu üçün onda parçalanma gec gedir. Peyinin saxlanması üsulu onun keyfiyyətini təyin edir. Əgər peyin boş yığılarsa ora çoxlu hava daxil olduğu üçün o tez parçalanır, çoxlu azot və üzvü maddələr itirir. Belə saxlanma üsul isti üsul adlanır. Əgər peyin iri tığlarla və kip yığılmışdırsa (eni 3–4 m, hündürlüyü 1,5 m ) onda peyinə hava daxil olması çətinləşir. Bu halda peyinin parçalanması tədricən gedir, azot və üzvü maddə itkisi az olur. Peyinin soyuq saxlaması üsulu daha səmərəlidir, bu təsərrüfatlarda geniş tətbiq olunur. Parçalanma dərəcəsinə görə peyin təzə, zəif parçalanmış, yarımyanmış, çox yanmış və çürümüş olur. Təzə peyin heyvandarlıq binalarından götürülür. Onu dərhal torpağa vermək olmaz, çünki, əks halda sahələrdə alaq otlar bitər və heyvanların epidemik xəstəlik törədiciləri geniş yayıla bilər. Onu peyin anbarına və ya sahələrə daşıyaraq iri tığlar şəklində yığırlar. İki və ya iki ay yarımdan sonra təzə peyin zəif parçalanmış olur. Onun tərkibindəki küləş öz rəngini və möhkəmliyini qismən saxlayır. Belə peyindən müxtəlif kompostların hazırlanmasında istifadə olunur. Tığda 3-4 ay müddətində kip şəkildə saxlandıqdan sonra yarımyanmış peyin alınır. Onun tərkibindəki samanın rəngi tünd qəhvəyi rəngli olub asanlıqla parçalanır. Belə peyinin çəkisi ilk çəkisinə nisbətən 15-30 % az olur: onun əsas əkini altına verirlər. Çox yanmış peyin qara rəngli,azca rütubətli, bircinsli kütlədir. Küləşin ayrı-ayrı hissələri tamamilə parçalanmışdır və bir-birindən seçilmirlər. İlk çəkisinə nisbətən itkisi 50 %-dir. Belə peyin, əgər payızda əsas gübrə verilməyibsə yazda müxtəlif bitkilər altında verilə bilər. Peyin uzun müddət saxlandıqdan sonra (bəzən bir neçə il müddətinə) çürümüş peyin alınır. O yumşaq, tökülən bircinsli kütlə olub, tünd rəngli, ilk çəkisini 75 %-ə qədərini itirmiş olur. Çürümüş peyinin tərkibindəki qiymətli üzvü maddələrin və azotun (20-25 %) xeyli hissəsi itmiş olur. Quru vəziyyətdə onun tərkibində 12 %, su və 88 % quru maddə vardır ki, onda azot 1,5 %; P2O5 -0,7-1,6%; K2O-1,5-2,8% arasında olur. Çürümüş peyindən bakterial və mikrogübrələr hazırlanaraq səpinlə birlikdə tətbiq olunması üçün istifadə olunur. Quş zılı Bu üzvi gübrə öz gübrələyici keyfiyyəti ilə peyindən yüksəkdir və tez təsir etməsinə görə isə mineral gübrələrdən heç də geri qalmır. Quş zılı qiymətli, xeyli qatı və tez təsir göstərən üzvi gübrədir. Peyin kimi onun da tərkibində bitkilərə lazım olan bütün əsas qidalı maddələr vardır. Lakin quş zılında bunlar daha çoxdur. Buna səbəb quşların daha qüvvəli yemlərlə qidalanmasıdır (cədvəl 1). İl ərzində 100 toyuqdan 6-8 sentner, həmin sayda ördəkdən 8-9 sentner və qazdan 10-12 sentner zıl yığmaq mümkündür. Qida maddələrinin miqdarı quşların növündən və yemin keyfiyyətindən asılıdır. + Quş zılının kimyəvi tərkibi,% Quşun növü H2O N P2O5K2O CaOMgO SO3 Toyuq 56 1,5 1,8 0,9 2,4 0,8 0,5 Ördək 71 0,8 0,9 0,6 1,7 0,2 0,3Qaz 78 0,6 0,5 1,0 0,7 0,3 1,1
Torpağın münbitliyini saxlamaq və məhsuldarlığı yüksəltmək üçün mineral gübrələrdən istifadə etmək lazım gəlir. Yerli şəraitdən asılı olaraq adətən azot, fosfor və kalium gübrələrindən müxtəlif formada və birləşmələr şəklində istifadə olunur.
Məlumdur ki, mineral gübrələr tərkibindəki qida elementlərinin sayına görə sadə (birelementli), kombinə edilmiş (ikielementli) və mürəkkəb, yaxud kompleks (çoxelementli) növlərə bölünür. Əslində bütün mineralgübrələrin tərkibində bir neçə kimyəvi element olur, bunların da bəziləri bitkilərə ziyan gətirə bilər. Bütün sadə gübrələrdə (ammonyak şorası, sidik cövhəri, superfosfat) mikroelementlər; sulfatlarda (kalium,maqnezium, ammonium) kükürd; superfosfatda ftor; kalium duzlarında və kalium xloriddə xlor və natrium olur ki, bunların miqdarı az olduqda bitkilərə xeyir, artıq olduqda isə ziyan yetirir. Gübrələrdən heç biri bitkilərin yüksək məhsuldarlığını ayrılıqda təmin edə bilmir. Odur ki, hətta kompleks gübrələrlə əlavə yemləmələr zamanı digər mineral, yaxud üzvi gübrələrdən də istifadə olunmalıdır. Bitkiçilikdəbitkilərin böyüməsinə və məhsuldarlığına səmərəli təsir edən çoxlu gübrə növlərindən istifadə edirlər. Məlum olduğu kimi, azot bitkinin qidalanması üçün əsas element sayılır, odur ki, azot gübrələriəkinçiliyin kimyalaşdırılmasının əsas komponentlərinə aiddir. Lakin qida elementlərinin balanslaşdırılmaması, su rejimi pozulduqda, kifayət qədər işıqlanma olmadıqda və digər əlverişsiz şəraitdə azot gübrəsinin yüksək dozada verilməsi torpaq münbitliyinin aşağı düşməsinə və qida məhsullarının çirklənməsinə səbəb ola bilər. Azot gübrəsinin dozasının artırılması, həm əldə olunan məhsulda nitratların artmasına səbəb olur, həm də məhsulda «C» vitamininin, şəkərin və digər maddələrin azalmasına, bununla da, onların bioloji dəyərinin aşağı düşməsinə səbəb olur. Azot gübrələri təbii suları da çirkləndirir. Su obyektlərinə azotun axması həm təbii (iqlim və hava, hidrologiya, relyef), həm də antropogen faktorlarla (ərazinin kənd təsərrüfatında istifadə dərəcəsi, tətbiq olunan əkinçilik sistemi, gübrənin dozası və s.) baş verir. Gübrə veriləndən əvvəl torpaqda əhəngləmə aparılmalıdır, bu torpağın turşuluğunu aşağı salır və nitratların bərpa olunma prosesini aktivləşdirir Nitratların toplanmasında gübrənin verilmə vaxtı mühüm rol oynayır. Kökmeyvəlilərin və kələmin kütləvi yetişdiyi dövrdə azot gübrəsinin verilməsi tövsiyə olunmur Ammonyak şorası — azot gübrəsidir, tərkibində 33-35% azot elementi var, suda asan həll olur, torpağa bitkilərin əkilməsindən əvvəl verilməlidir, şitillik torpaqları əlavə yemləndirmələrdən ötrü əlverişlidir.Onu ağzı bağlı qabda, quru və sərin yerdə, oddan aralıda saxlamaq lazımdır. Sidik cövhəri — azot gübrəsidir, tərkibində 46% azot elementi var, suda asan həll olur, əksərən əlavə yemləmələrdə istifadə edilir, yaxşı olar ki, quru yerdə saxlanılsın.