Əli Özgündüz () — Azərbaycan əsilli türk siyasətçi. Cümhuriyyət Xalq Partiyasının İstanbul III bölgədən TBMM-nin XXIV çağırış deputatıdır.

Həyatı Əli özgündüz 1965-ci ildə İğdırın Duzluca bölgəsində azərbaycanlı ailəsində anadan olmuşdur. Onun ailəsi Azərbaycanın bolşeviklər tərəfindən işğalından sonra Gəncə şəhərindən köçmüşdür.

İstanbul Universitetinin hüquq fakültəsindən 1986-cı ildə məzun olmuşdur.

İngiliscə və azərbaycanca bilir. Ailəlidir, iki övladır var.

Fəaliyyəti Universiteti bitirdikdən sonra sıra ilə İspir, Aşkale, İlgin, Körfəz, Küçükçəkməcə, Kayseri və Eyüpdə dövlət prokuror kimi çalışmışdır. 12 iyun 2011-ci ildəki seçkilərdə namizəd olmaq üçün 10 mart 2011-ci il tarixində ən son çalışdığı Eyüb prokurorluğundan istefa vermişdir.

Siyasi fəaliyyəti 2011-ci ilin iyun ayının 12-də keçirilən TBMM-ə seçkilərdə CHP-nin namizədi kimi İstanbul III bölgədən deputat seçilmişdir. CHP Qrup İdarə heyəti və TBMM Konstitutsiya Komissiyası üzvü olmuşdur. Deputatlığı zamanı 17/25 dekabr rüşvət hadisələrinə görə istefa edən AKP-li 4 nazirlə bağlı məclis araşdırması açılması üçün verilən təklifi hazırlamış və TBMM-də olan Uca Divan səsverməsindən əvvəl partiyasının adından danışmışdır. Bundan başqa AKP-in Orta Şərq və xüsusilə də Suriya siyasətinin qarşı müxalif çıxışları ilə gündəmə gəlmişdir. İnsan haqqları, məhkəmənin azadlığı, dünüşcə azadlığı və hüquq dövləti sahələrində yayımlanmış məqalə və araşdırmaları vardır. Türkiyə-Azərbaycan və Türkiyə-İraq parlamentlərarası dostluq qruplarının üzvü, Türkiyə-İran parlamentlərarası dostluq qrupunun baş katibi olmuşdur. CHP-nin 16/17 yanvar tarixində edilən XXXV qurultayında IV sıradan partiya məclisi üzvlüyünə seçilmişdir.Chp İstanbul Milletvekili Ali Özgündüz

Elmi fəaliyyəti İnsan haqqları, məhkəmənin azadlığı, dünüşcə azadlığı və hüquq dövləti sahələrində yayımlanmış məqalə və araşdırmaları vardır. Avropa İnsan Haqqları müqaviləsi ilə bağlı çox sayda seminara mühazirəçi olaraq qatılmışdır. Həmçinin Əli özgündüzün bir kitabı da vardır: 2016–17/25 dekabr — Rezannı Rzası.

Erməni məsələsi ilə bağlı düşüncələri Mənsub olduğu partiyanın son dövrlərdə Türkiyədə yaşayan ermənilərlə bir qədər yaxınlaşmasına baxmayaraq, Əli Özgündüz Türkiyə siyasi həyatında erməni soyqırımı və s. məsələlərə qarşı öz sərt çıxıları ilə məşhurdur.

2017-ci ilin aprel ayının 23-də Türkiyənin o dövrki baş naziri Rəcəb Tayyib Ərdoğanın erməni soyqırımı ilə bağlı başsağlığı yayımlamasını CHP rəhbərliyi "gecikmiş açıqlama" adlandırsa da, Əli Özgündüz CNN Türkdəki verilişdə bunu müzakirə edərkən bunları demişdir:

Həmin proqramda BDP-li Hasib Kaplanın "dürüstcə soyqırımı tanıyın" deməsindən sonra Əli Özgündüz qlsa olaraq bunları demişdir:

Əli Özgündüzün bu cür çıxışından sonra Hasib Kablanın əgər belə danışarsa seçkilərdə qalıb gələ bilməyəcəyini dedikdən sonra ona belə cavab vermişdir:

Bu verilişdə çıxışından sonra CHP-nin namizəd siyahısından adı çıxarılmışdır. Konkret olaraq hansı hadisə ilə bağlı olması göstərilməsə də, bunun Əli Özgündüzün yuxarıda bəhs edilən çıxışlarına görə olduğu ehtimal edilir.

İstinadlar

Xarici keçidlər Əli Özgündüzün Məhərrəm ayında çıxışı Əli Özgündüzün Türkiyədəki rüşvətlə bağlı məşhur çıxışı

Kateqoriya:TBMM XXIV çağırış deputatları