Raymonds Veyonis () — latviyalı dövlət və siyasi xadim; 8 iyul 2015-ci ildən 8 iyul 2019-a dək Latviya Respublikasının 9-cu Prezidenti və Latviya Respublikasının Milli Silahlı Qüvvələrinin Ali Baş Komandanı olmuş Raymonds Veyonis, 2002–2003-cü illərdə Latviya Respublikasının Ətraf Mühit və Regionlar Məsələlər Naziri, 2003–2011-ci illərdə Latviya Respublikasının Ətraf Mühit Naziri, 2011-ci ildə yenə Latviya Respublikasının Ətraf Mühit və Regionlar Məsələlər Naziri, 2014–2015-ci illərdə isə Latviya Respublikasının Müdafiə Naziri olub.

Həyatı Anası rus, atası isə latış olan Raymonds Veyonis 1966-cı il iyunun 15-də Rusiya SFSR-nın Psqov rayonunun Niqonovo qəsəbəsində anadan olub. Onun atası hərbi xidmətdə olan zaman, anası həyat yoldaşı ziyarət etməyə gəlib və həmin zamanda Raymonds Veyonisi dünyaya gətirib.

Fəaliyyəti Raymonds Veyonis 1990-cı ildə Yaşıllar Partiyasının sıralarına üzv oldu. 1990-cı ildən 1993-cü ilə qədər Madona şəhərinin Dövlət Dumasının deputatı olan Raymonds Veyonis, 1996-cı ildən 2002-ci ilə qədər Riqa Ətraf mühit Şurasının sədri olub.

Ailəsi Raymonds Veyonis İveta Veyonis ilə ailəlidir, 2 övladı var.

Təltifləri

Latviya təltifləri Latviya : "Üç Ulduz" ordeni Latviya : "Viestura" ordeni Latviya : "Etiraf" xaçı

Xarici təltiflər

İstinadlar

Kateqoriya:Latviya Seyminin IX çağırış deputatları Kateqoriya:Latviya Seyminin X çağırış deputatları Kateqoriya:Latviya Seyminin XI çağırış deputatları Kateqoriya:Latviya Seyminin XII çağırış deputatları Kateqoriya:Latviya prezidentləri Kateqoriya:Latviya siyasətçiləri Kateqoriya:Latviya prezidentliyinə namizədlər Kateqoriya:XXI əsr siyasətçiləri Kateqoriya:XX əsr siyasətçiləri Kateqoriya:Rusiya siyasətçiləri