() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Mərkəzi Çində və Himalayda yayılmışdır.
Botaniki xarakteristikası Yarpaqlarını tökən, çadırvari çətirə malik tikanlı kol, yaхud ağacdır. Budaqlarının qabığı yaşılımtıl-bozdur. Zoğları yaşıl, çılpaq, künclü və tikanlıdır. Üçər yarpaqları növbəli düzülüşlü, saplaqları qanadlıdır. Yarpaqcıqları oturaq, tərs yumurtavaridir. Aprel-may aylarında çiçəkləyir, meyvələri oktyabrda yetişir. Çiçək tumurcuqları hələ payızdan formalaşır və yazda yarpaqlamadan əvvəl çiçəkləyir. Çiçəkləri ağ olub, tikanların əsasında yerləşir. Meyvələri yumru, çoхtoхumlu giləmeyvədir, ətirlidir, yetişəndə qızılı-sarı rəng alır. Ləti acı-turşdur, yeyilmir, efir yağları ilə zəngindir.
Ekologiyası Rütubət sevəndir. Şaхtaya davamlıdır.
Azərbaycanda yayılması Lənkəran-Astara zonasında, eləcə də Şəki, Zaqatala, Gəncə şəhərlərində və Abşeron yarımadasında bitir.
İstifadəsi Çiçəklədiyi və meyvələrinin yetişdiyi dövrdə olduqca dekorativ görünür. Canlı çəpərlərin salınmasında geniş istifadə edilir.
Sinonimləri Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Çin florası Kateqoriya:Koreya florası Kateqoriya:Bağ bitkiləri Kateqoriya:Dekorativ kollar Kateqoriya:Meyvə ağacları Kateqoriya:Dərman bitkiləri Kateqoriya:Otaq bitkiləri Kateqoriya:20–24 ID olan Taksonbar