thumb|Aşağı Tatranın Dyumber zirvəsindən görünüşü "Aşağı Tatra" Milli Parkı (), qısaldılmış halda NAPANT — Mərkəzi Slovakiyada milli park. Park Aşağı Tatra silsiləsində, Vah və Qron çayları vadisi boyunca yerləşir. Parkın sahəsi — 728 km², bufer zonasının sahəsi isə — 1102 km²-dir. Bufer zona hesaba alınarsa park ölkənin ən böyüklərindən biri olur. Milli park inzibati baxımdan Banska Bistritsa, Jilina və Preşov diyarlarının ərazisinə daxildir. Milli parkda ən hündür zirvə — Dyumberdir (2043 m). Kraleva-Qolya zirvəsi yaxınlığından dörd çay öz başlanğıcını götürür — Vah, Qron, Qniles və Qornad.

Tarixi Aşağı Tatra ərazisində ilkin təbiəti qoruma tədbirləri 1918–1921-ci illərdə həyata keçirilmiş. İkinci Dünya müharibəsindən sonra bu işlər yenidən aktivləşdirlimiş. 1963-cü ildə Mərkəzi Slovakiyada milli parkın yaradılması təklifi irəli sürülmüş. Təklif olunan ərazidə hal-hazırda "Aşağı Tatra" Milli Parkı yerləşir. 1965–1966-cı illərdə Dyumber milli parkının yaradılması layihəsi hazırlanmış. Bu əraziyə Aşağı Tatranın şimal və cənub hissələrinin daxil edilməsi planlaşdırılırdı. Layihə 1967–1968-ci illər qədər uzadılmış və Slovakiya milli qiyamının 25 illiyində açılması nəzərdə tutulmuş. Ancaq bəzi kiçik çətinliklər ucbatından layihənin tam həyata keçirilməsi 10 il gecikdi.

İstinadlar

Kateqoriya:1978-ci ildə yaradılmış qoruq əraziləri