Oktay Aydın oğlu Məmmədov () — "Əməkdar İncəsənət Xadimi", "Tərəqqi" medalı mükafatçısı, "Media Açarı" mükafatçısı, məşhur fotoqraf.

Həyat və fəaliyyəti Oktay Məmmədov 1951-ci il iyunun 15-də Salyan rayonu Qaraçala kəndində anadan olub. 1968-ci ildə Bakı şəhərindəki 62 saylı orta məktəbi bitirib. 1968–1971-ci illərdə Dinamo və Neftçi klublarında çıxış edib.

1971–1977-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda təhsil alıb.

1975–1976-cı illərdə SSRİ tərkibində Leninqradda və Sank-Peterburqda hərbi xidmətdə olub.

1976–1989-cu illərdə Krasin adına Dövlət Rayon Elektrik Stansiyasında idman üzrə baş instruktor işləyib. 1989-cu ildən ("Azərinform") Azərtac-da foto müxbir, müavin, baş redaktor daha sonra baş foto müxbir vəzifəsində çalışıb.

Mükafatları Oktay Məmmədov işlədiyi müddət ərzində bir çox diplom, sertifikat və medallarla təltif olunub. 1999-cu ildə Azərbaycanın mərhum prezidenti Heydər Əliyev tərəfindən "Əməkdar İncəsənət Xadimi" adına layiq görülüb. 2005-ci ildə İlham Əliyev tərəfindən "Tərəqqi" mükafatı ilə təltif olunub.

22 iyul 2009-cu ildə "Media Açarı" mükafatına layiq görülüb.

Ailəsi Ailəlidir, 1 oğlu və 1 qızı var.

Ölümü Oktay Məmmədov 2009-cu il yanvarın 20-də "Şəhidlər xiyabanı"nda peşəsini icra edərkən ürək tutmasından vəfat edib.

İstinadlar

Kateqoriya:Ürək tutmasından ölənlər