2019 Su idman növləri üzrə Dünya Çempionatı — 12-28 iyul 2019-cu il tarixləri arasında Cənubi Koreyanın Kvanju şəhərində keçirilən 18-ci FİNA Su idman növləri üzrə Dünya Çempionatı. Şəhər 2015 Yay Universiada Oyunlarında su idman növlərinin keçirilməsi üçün ev sahibi rolunu oynamışdır. (Gwangju, Budapest win right to host worlds); posted by Reuters on 19 July 2013.

Ev sahibinin seçimi Ev sahibi olacaq şəhər 19 iyul 2013-cü ildə 2013 Su idman növləri üzrə Dünya Çempionatına ev sahibliyi edən Barselona şəhərində FİNA Baş Qurultayında elan edilmişdir. 2015-ci ildə Quadalaxara şəhərinin namizədliyini geri götürməsindən sonra 2017-ci il Çempionatına ev sahibliyi edən Budapeşt 2021 Su idman növləri üzrə Dünya Çempionatına da əsas namizəd kimi göstərilmişdir.

Məkanlar Yarışların əksəriyyəti 2015 Yay Universiada Oyunları üçün Kvanju şəhərində tikilmiş Su İdman Mərkəzində keçirilmişdir.Our Plan posted by gwangju2019.com. Retrieved 19 July 2013. Su İdman Mərkəzi üzgüçülük və suya tullanma yarışlarına ev sahibliyi edəcəkdir. Sinxron üzgüçülük və voterpol yarışlarında isə iki yanaşı, üstü açıq məkandan istifadə ediləcək.

Nambu Universiteti Bələdiyyə Su İdman Mərkəzi (üzgüçülük, suya tullanma) Nambu Universiteti Futbol meydançası (voterpol) Yeomcu Gimnaziyası (sinxron üzgüçülük) Çosun Universiteti Futbol meydançası (yüksək suya tullanma) Yeosu Expo Ocean Park (açıq hovuz üzgüçülüyü)

Turnir cədvəli Altı idman növü üzrə 75 dəst medal oynanılacaq.

●Açılış mərasimi●Digər yarışlar●Finallar●Bağlanış mərasimiKKişilərin oyunlarıQQadınların oyunları İyul1213141516171819202122232624252728ÜmumiMərasimlər ● ●76 Üzgüçülük4455556842 Açıq hovuz üzgüçülüyü1111127Sinxron üzgüçülük●1121111210Suya tullanma●3221111213Yüksək suya tullanma●112 VoterpolQKQKQKQKQKQKQK2

Medal cədvəli

İştirakçı ölkələr

Media dairəsi ABŞ-də NBCUniversal şirkəti yarışları yayımlamaq hüququ əldə etmişdir.

İstinadlar

Xarici keçidlər Official website İdman avadanlığı

Kateqoriya:Su idman növləri üzrə Dünya Çempionatı (2019) Kateqoriya:Su idman növləri üzrə dünya çempionatları Kateqoriya:2019-cu ildə su idmanı