Ola Daniel Enersen () — Norveç alpinisti, fotoqrafı, jurnalisti, yazıçı və tibb tarixçisi.
Həyatı 1965-ci ildə o, alpinist kimi Leyf Normann Petterson, Odd Eliassen və Yon Tayqland ilə birlikdə Romsdalen bölgəsində yerləşən Trollveggen dağına ilk dırmanışını gerçəkləşdirmişdir.
Enersen 2000-ci ildə Dragen som elsket meg ("Məni sevən əjdaha") adlı fantaziya janrında roman nəşr etdirmişdir.
O, tibbi eponimlərin böyük bir onlayn lüğəti olan "Who Named It?" saytının yaradıcısı və redaktorudur.
Həmçinin bax Who Named It?
İstinadlar