Yadigarov Davud bəy Kərim bəy oğlu () — Rusiya imperiyası və Azərbaycan Xalq Cümhuriyyəti ordusunda qulluq etmiş hərbçi, general-mayor.

Həyatı Davud bəy Yadigarov 1882-ci ildə Tiflis quberniyasının Borçalı qəzası, Təkəli kəndində bəy ailəsi olan Yadigarovlar ailəsində anadan olmuşdur. Atası torpaq sahibi Kərim bəy Yadigarov, anası isə gürcü knyaz nəsli olan Rusişvililərdəndir.

1903-cü il avqustun 10-da Peterburq yaxınlığındakı Paj korpusunu bitirmiş və Nijni-Novqoroddakı draqun alayında xidmət etməyə başlamışdır. 25 oktyabr 1904-cü ildə kornet rütbəsinə yüksəlmişdir. Rus-Yapon müharibəsində döyüşmüşdür. O, müharibədəki bütün rus qüvvələrinin komandanı A. N. Kuropatkinin sərəncamı ilə könüllü olaraq Mukdenə yaponlarla döyüşməyə getmişdir.

Birinci Dünya müharibəsi başladığı zaman ştabs-rotmistr rütbəsində idiКавказский календарь на 1914 год. — Тифлис, 1913, s. 589 və Çar ordusu dağıdıldığı zaman polkovnik olmadı bacarmışdı. 1918-ci ildə Qafqaz cəbhəso komandanı M.A.Prjevalskinin əmri ilə yeni yaradılmış Müsəlman Korpusunun zabitlərindən biri olmuşdur. O, bu ordu birliyində II Qarabağ süvari alayına komandanlıq etmişdir. 1918-ci ildə Azərbaycan Milli Ordusunda mühafizə diviziyasının rəis müavini olub. 1919-cu il avqustun 3-də Azərbaycan ordusunun süvari diviziyasının komandirinin köməkçisi təyin edilib. O, 1919-cu ilin avqust-noyabr aylarında Zəngəzur uğrunda gedən döyüşlərdə 1-ci piyada diviziyasının rəisi general Cavad-bəy Şıxlinskinin baş komandanlığı altında ADR qoşunlar qrupundan olan birləşdirici dəstələrdən birinə rəhbərlik etmişdir. Hərbi rütbələr haqqında Azərbaycan Respublikası Hökumətinin 8 oktyabr 1919-cu il tarixli 39 saylı sərəncamı ilə süvari diviziyasının rəisinin köməkçisi polkovnik Yadigarov Davud bykə xidmətdə fərqləndiyinə görə general-mayor rütbəsi verilmişdir. Dığ, Goranzur, Xanazax, Abdallar və başqa kəndlər uğrunda daşnak hərbi qüvvələrinə qarşı döyüşlər aparıb. 1920-ci ilin martında baş qərərgah yanında təyinatlar və ezamiyyətlər üzrə səlahiyyətli şəxs təyin edilmişdirı.

1920-ci il 28 aprel işğalından sonra Davud bəy mühacirətə getmişdir.

31 avqust 1947-ci ildə vəfat etmişdir. Məzarı Nyu-York ştatının Nanuet qəsəbəsindəki rus-pravoslav qəbiristanlığındadır.

Mənbə

İstinadlar

Ədəbiyyat

Şəmistan Nəzirli. General Yadigarov qardaşları. Bakı, "Şirvannəşr", 2004

Kateqoriya:Yadigarovlar Kateqoriya:Azərbaycan hərbçiləri Kateqoriya:Azərbaycanlı hərbçilər Kateqoriya:Azərbaycan generalları Kateqoriya:Azərbaycanlı generallar Kateqoriya:ABŞ azərbaycanlıları