Məmmədbağır İbrahim Əli oğlu () — Azərbaycan həkim-gigiyenisti, Azərbaycan SSR əməkdar elm xadimi (1967).
Həyatı İbrahimov Məmmədbağır Əli oğıu 12 dekabr 1905-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olmuşdur. 1964-cü ildə tibb elmləri doktoru, 1965-ci ildə professor, 1967-ci ilə Azərbaycan Respublikasının əməkdar elm xadimi adını almışdır. 1930-cu ildə Azərbaycan Dövlət Tibb Universitetinii stomatologiya fakültəsini bitirmişdir. Fəaliyyəti Azərbaycanda işlədikdən sonra Qazaxıstana ezam olunmuş, Cənubi Qazaxıstan vilayət apteklər idarəsinin rəisi, Alma Ata vilayət səhiyyə şöbəsi müdirinin müavini, Cambul vilayət səhiyyə şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 1941-ci ildə Monqolustanda işləmişdir. Monqolustan Xalq Respublikası Səhiyyə Nazirinin müşaviri olmuşdur. 1946-cı ildən Moskvada aspiranturada oxumuş, görkəmli səhiyyə təşkilatçısı N.A.Semaşkonun rəhbərliyi ilə namizədlik dissertasiyası müdafiə etdikdən sonra Bakıya qayıtmış, Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda sosial gigiyena və səhiyyənin təşkili kafedrasının müdiri vəzifəsində çalışmışdır. Tədqiqatları Azərbaycanda və Monqolustanda səhiyyənin tarixi və inkişafına həsr olunmuşdur.Naxçıvan Ensiklopediyası, Bakı-2002, s.209 Əsərləri Здравоохранение Монголской Народной Республики, М., 1963; Здравоохранение Советского Азербайджана, М.. 1967. İstinadlar