Aleksandr Puzanov (; ) — Sovet dövlət xadimi, RSFSR Nazirlər Sovetinin sədri.
Həyatı
Aleksandr Puzanov 12 (25) oktyabr, 1906-cı ildə Lejkovka Kəndli ailəsində anadan olub. Kilsə məktəbində oxuyub. 1926-1930-cu illərdə Plyos Kənd Təsərrüfatı Kollecində oxuyub. 1924-cü ildən Kandaurovski kənd Sovetinin sədri, Puçevski İcraiyyə Komitəsi sədrinin müavini vəzifələrində çalışmışdır. Kolleci bitirdikdən sonra Seredski rayon şöbəsində aqronom işləmişdir. 1931-1933-cü illərdə şəhərətrafı təsərrüfatların İvanovo vilayəti Trestinin direktor müavini vəzifəsində çalışmışdır. 1 mart 1998-ci ildə Moskvada vəfat edən A.Puzanov Vaqankovo qəbiristanlığında dəfn edildi.
Fəaliyyəti
1934-1940-cı illərdə SSRİ Xalq Komissarları Sovetinin nəzdindəki Sovet Nəzarəti Komissiyasında, 1940-1943-cü illərdə SSRİ Dövlət Nəzarəti Xalq Komissarlığının baş nəzarətçisi, 1943-1944-cü illərdə SSRİ Dövlət Nəzarəti Komissarının müavini kimi çalışmışdır. 1944-cü ilin iyununda Puzanov Kuibışev İcraiyyə Komitəsinin sədri seçildi. 1946-cı ildən Sovet İttifaqı Kommunist Partiyası Kuybışev vilayət komitəsinin birinci katibi seçildi.
Onun dövründə bölgə həm iqtisadi göstəricilər, həm də sosial-mədəni sahədə mühüm nəticələr əldə etdi. Bunu 1952-ci ildə Puzanovu RSFSR Nazirlər Sovetinin sədri vəzifəsinə təyin edən İ.V.Stalin qeyd etdi. 16 oktyabr 1952-ci ildə Sov.İKP MK Komitəsinin Rəyasət Heyətinə namizəd olmuşdur. Lakin Stalinin ölümündən sonra 1953-cü il martın 6-da seçilən Sov.İKP MK Rəyasət Heyətinin yeni tərkibinə daxil olmadı.
A.Puzanov N.S.Xruşşovun Krımı Ukraynaya verməsi təşəbbüsünə qarşı çıxdı və buna görə də sonradan (1956-cı ilin yanvarında RSFSR Nazirlər Sovetinin sədrinin birinci müavini vəzifəsindən azad edildi). 1956-cı il fevralın 27-dən 1957-ci ilin fevralına qədər Sov.İKP MK KP MK Bürosunun üzvü idi.
1957-ci ildə diplomatiya sahəsinə keçən Puzanov SSRİ-nin 1957-1962-ci illərdə Şimali Koreyadakı, 1962-1967-ci illərdə Yuqoslaviyadakı, 1967-1972 Bolqarıstandakı, 1972-1979-ci illərdə Əfqanıstanda fövqəladə və səlahiyyətli səfiri olmuşdu.
Puzanov o günləri belə xatırlıyır:
1979-cu ilin noyabr ayından SSRİ Xarici İşlər Nazirliyinin mərkəzi aparatında işləmişdir. 1980-ci ildən təqaüdçü olan Puzanov Moskvanın mərkəzində yaşayırdı. 1952-1976-cı illərdə Sov.İKP Mərkəzi Komitəsinin üzvü olmuşdur.
Mükafatları
Lenin ordeni (3 dəfə, 08.05.1948; 23.10.1956; 24.10.1966); "Oktyabr inqilabı" ordeni (22.10.1976); "Qırmızı əmək bayrağı" ordeni (22.10.1971); Xalqlar Dostluğu ordeni (28.04.1980); "Şərəf nişanı" ordeni (24.10.1986); Digər medallar.
Ədəbiyyat
Коммунистическая партия в портретах её самарских лидеров. 1917—1991 гг.: биографический справочник / сост. Е. Н. Дубровина (отв. сост.), К. А. Катренко, А. Г. Удинцев. Самара: БМВ и К, 2010. С. 144—149. Пузанов Александр Михайлович // Большая советская энциклопедия. Изд. 2-е. Т. 35. М.: Большая советская энциклопедия, 1955. С. 284—285. Сушков А. Ф. Р. Козлов: от чернорабочего до инспектора ЦК ВКП(б) // Веси [г. Екатеринбург]. 2015. № 9 (115). Ноябрь. Прил. С. 33—90. Центральный комитет КПСС, ВКП(б), РКП(б), РСДРП(б): Историко-биографический справочник / Сост. Ю. В. Горячев. М.: Издательский дом «Парад», 2005. 496 с. Чернев А. Д. 229 кремлёвских вождей. Политбюро, Оргбюро, Секретариат ЦК Коммунистической партии в лицах и цифрах. Справочник. М.: Журнал «Родина», Научный центр «Руссика», 1996. 333 с.
İstinadlar
Kateqoriya:SSRİ Ali Sovetinin IV çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin III çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin II çağırış deputatları Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu üzvlüyünə namizədlər Kateqoriya:Sov.İKP-nin XXV qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXIV qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXIII qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XX qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XIX qurultayının nümayəndələri Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin IV çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin II çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin III çağırış deputatları Kateqoriya:XX əsr siyasətçiləri