Peter Verigin (; ) — Rus əsilli filosof, aktivist və Duxoborlar təriqətinin əsas dini liderlərindən biri.
Həyatı
Zaqafqaziyada Peter Verigin 1859-cu ilin 12 iyul tarixində Rusiya imperiyasının Tiflis quberniyasına daxil olan Yelizavetpol qəzasının Slavyanka kəndində anadan olmuşdur.Brève histoire des Doukhobors au Canada Slavyanka kəndi 1840-cı illərdə Rusiya və Ukrayna ərazisindən buralara köçürülümüş etnik təriqətçilər tərəfindən salınmışdır.J. Kalmakoff, Doukhobor Historical Maps , with maps of settlements in Azerbaijan and Georgia Həmin təriqətçilərin formalaşdırmış olduğu duxoborlar tərqitənin əsas mərkəzlərindən biri də, Slavyanka kəndi olmuşdur. Kənd sakinlərinin dediklərinə görə, Peter Veriginin atası olmuş, Vasili Verigin savadsız bir şəxs osla da, kənd bələdiyyəsinin başçısı seçildikdən sonra kənd ərazisində bir sıra talançılıq və despotik hərəkətlər törətmişdir.Vasily Nikolaevich Pozdnyakov, "Story of a Spiritual Upheaval" Swarthmore, Pennsylvania, 1908. (Doukhobor Genealogy Website)
1882-ci ildə Lukerya duxoborların yaşadığı Slavyanka kəndini ziyarət edir və burada varlı ailədən olan gənc Pyotr Veriginlə tanış olur. O zaman Veriginin cəmi 25 yaşı var idi və o, evli idi. Lakin buna baxmayaraq, Lukerya ona öz katibi olmağı və Qorelovka kəndinin icma mərkəzinə köçməyi təklif edir. Pyotr razılaşır və qısa müddətdə Kalmıkovanın sağ əlinə çevrilir.Məsimov, Asif: Duxobor təriqətinin yaranma tarixi və 19-cu əsrin sonlarında Zaqafqaziyada transformasiyası, https://bakuresearchinstitute.org/az/history-of-the-doukhobor-religious-sect-and-its-transformation-in-transcaucasia-in-the-late-19th-century/ .
İstinadlar