Vize — Kırklarelinin təbiətində, İstanbuldan 140 km məsafədə tarixi və təbii gözəllikləri ilə önə çıxan bir ilçədir. "Cittaslow" deyilən sakit şəhər adı ilə Türkiyədəki 10 ilçədən biri olmuşdur. 2015 Türkiyə statistika qurumunun məlumatlarına görə rayon əhalisi 13.095 nəfərdir. Vize eyni zamanda Bolqarıstan şəhərlərinə bənzər Frakiyadakı Qara dəniz ilçələrindən biridir. Vize Yunanıstan və Bolqarıstan ilə mədəniyyət və turist mübadiləsini davam etdirən Balkan ilçəsidir.

Tarixi

Tarixdə fərqli adlarla tanınan şəhər Buzia, Bizye, Bida, Biza, Vuza, Vizii və nəhayət, Vize kimi tanınır. Adının kökü Buzasdan gəlir, Bizas Poseydonun bir oğlunun adıdır. Eyni zamanda Buzas Frak dilində keçi deməkdir və Frakiyalılar üçün bu çox işlədilən bir addır. Həmçinin Byzas adının əfsanəvi bir Frakiya kralının adından gəldiyi deyilir ki, bu da Byzas su pərisi Semestranın oğludur.

Vizedə ilk dəfə Frakyalıların bir qolu olan Astaylar məskunlaşmışdı. Sonralar farslar, romalılar, keltlər, Peçeneqlər, Bizanslılar, Bolqarlar üstünlük təşkil etdilər və nəhayət, Osmanlı hakimiyyəti və türk hökmranlığı başladı. 1369-cu ildə Osmanlı hökmranlığı altına keçən qəsəbə, Rumeli əyalətinin bir sancağı olan Vize sancağının mərkəzi idi.

1892-ci ildə Ədirnə Vilayət Mətbəəsinin müdiri Şövkət Dağdevirəntərəfindən yazılmış səlnamədə aşağıdakı məlumatlar öz əksini tapır:

Əhali

Vize qəzası əhali cədvəli 1892QadınKişiÜmumiMüsəlmanlar4.8285.46710.295 Yunanlar5.9286.18212.110Ermənilər11Bolqarlar5145231.037Qaraçılar7478152Ümumi11.34412.25123.595

İl Ümumi Şəhər Kənd 1965 31.658 6.766 25.535 1970 36.909 14.716 24.892 1975 32.449 13.466 24.246 1980 35.198 9.730 25.468 1985 34.659 10.082 24.577 2000 32.276 10.628 21.648 2007 30.348 11.908 18.440 2008 30.086 28.989 18.120 2009 28.913 11.447 17.466 2010 29.153 12.196 16.957 2011 28.611 12.317 16.294 2012 28.228 12.543 15.685 201327.899 12.631 15.268 2014 27.700 12.887 14.813 2015 27.422 13.095 14.327 2016 27.556 13.484 14.072

Mədəniyyəti

Vize ilçəsi 1-ci Vyana səfəri zamanı Qanuni Sultan Süleymanın istifadə etdiyi "Avyolu güzergahı"nda yerləşir. Bu yer müasir zamanda adını dəyişərək "Sultanlar yolu" adı ilə təbiət, mədəniyyət və tarix həvəskarlarının istifadəsinə verilmişdir. Sultanlar yolu nişanları Vizedə və ətrafında yolu yenidən kəşf edən Sedat Çakır tərəfindən edildi. Sultanlar yolu Vyana-Simmerinqdən İstanbulda Süleymaniyyə məscidi və Topqapı sarayına qədər 2133 kilometrlik bir yoldur.

Əhəmiyyətli tarixi abidələr arasında Ayasofya kilsəsi Türkiyədə tanınan tək antik teatr, qaya rəsmləri, monastır, qala divarları, fəvvarələr vardır. İlçədə yerləşən 1620 m. olan Yenesu mağarası Frakiyanın 3-cü ən böyük mağarasıdır.

İstinadlar