Xəlil ibn Əhməd (; ) — VIII əsrin ərəb filoloqu və musiqişünası

Ümumi məlumat Bəsrə məktəbinin nümayəndəsidir. Əl-Bəsri təxəllüsü ilə də tanınmışdır. Əruz nəzəriyyəsinin ("əl-Əruz" risaləsi və s.) yaradıcılarındandır. "Kitabül-eyn" adlı ilk ərəb dili izahlı lüğətini tərtib etmişdir. Sibaveyhi onun rəhbərliyi ilə ərəb dilinin "əl-Kitab" adlı ilk normativ qrammatikasını yaratmışdır. Musiqi nəzəriyyəsinə dair əsərləri də ("əl-Nəğam" və s.) var.Azərbaycan Sovet Ensiklopediyası. X cild. Bakı-1987. Səh-75.

Xəlil ibn Əhmədin əruz nəzəriyyəsi X. İ. Əhmədin müəyyən etdiyi əruz qəliblərində bölgüləri təfilələr (ərəbcə "fə’ələ" feilindən yaranmış müxtəlif ifadələr), uzun və qısa hecaların yerini isə təfilələrdəki uzun və qısa hecalar müəyyən edir. X. İ. Əhmədin əruz nəzəriyyəsinin ən kiçik anlayışından (vahidindən) ən böyük anlayışına qədər olan inkişafını sxem şəklində aşağıdakı kimi təsvir etmək olar: Hərəkəsiz və hərəkəli ərəb hərfləri. Şərti işarələri uyğun olaraq: ا (əlif) və ه (hə) Müxtəlif kombinasiyaları nəticəsində 6 rükn yaranır:

↓ Rüknlər: yüngül səbəb (bir hərəkəli və bir hərəkəsiz hərf), ağır səbəb (iki hərəkəli hərf), yanaşı vətəd (iki hərəkəli və bir hərəkəsiz hərf), aralı vətəd (bir hərəkəli, bir hərəkəsiz və bir hərəkəli hərf), kiçik fasilə (üç hərəkəli və bir hərəkəsiz hərf), böyük fasilə (dörd hərəkəli və bir hərəkəsiz hərf). Müxtəlif kombinasiyaları nəticəsində 8 əsli təfilə yaranır:

↓ Əsli təfilələr: fə’Ulün, fA’ilün, məfA’İlün, fA’ilAtün, müstəf’ilün, müfA’ələtün, mütəfA’ilün, məf’UlAtü Müxtəlif dəyişmələr – zihaflar nəticəsində 60-dan çox törəmə təfilə yaranır:

↓ Törəmə təfilələr Müxtəlif kombinasiyaları nəticəsində qəliblər yaranır:

↓ Qəliblər Yarandığı əsli təfilələrdən asılı olaraq 16 bəhrdə (16-cı bəhr — Mütədarik alimin davamçıları tərəfindən yaradılmışdır) qruplaşdırılır:

↓ Bəhrlər: Təvil, mədid, bəsit, vafir, kamil, həzəc, rəcəz, rəməl, səri, münsərih, xəfif, müzare, müqtəzəb, müctəs, mütəqarib, mütədarik Ritmik yaxınlıqlarına görə 5 dairədə qruplaşdırılır:

↓ Dairələr: I dairə — təvil, mədid, bəsit; II dairə — vafir, kamil; III dairə — həzəc, rəcəz, rəməl; IV dairə — səri, münsərih, xəfif, müzare, müqtəzəb, müctəs; V dairə — mütəqarib, mütədarik.

Sxemdən göründüyü kimi X. İ. Əhmədin nəzəriyyəsində ən kiçik vahid (ünsür) ritmik yox, qrafiki xarakter daşıyır. Ən kiçik ritmik vahidlər isə 6 rükndən ibarət qəbul olunmuşdur. Əslində əruzun ən kiçik ritmik vahidi olan uzun və qısa heca anlayışları isə bu nəzəriyyədə yoxdur. Həmin iki növ hecanı ərəb qrafikasına əsasən izah etmiş olsaq uzun hecalar birincisi hərəkəli, ikincisi hərəkəsiz olmaqla iki hərf (bu "yüngül səbəb" adlı rüknlə eynidir), qısa hecalar isə bir hərəkəli hərf (buna uyğun rükn yoxdur) vasitəsiylə düzəlir. Nəzəriyyədə rüknlərdən qəliblərə qədər daha iki mürəkkəb mərhələ (əsli və törəmə təfilələr) keçilir.

Həmçinin bax Əruz

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Ərəb filoloqlar Kateqoriya:VIII əsr ərəbdilli şairlər