Boquçan su anbarı — Rusiyada Anqara çayı üzərində inşa edilmiş su elektrik stansiyasının su anbarıdır. Krasnoyarsk diyarının Kejemski rayonunun Kodinsk şəhərində yerləşir. Tarixi İlkin mərhələdə suyun səviyyəsinin yüksəldilməsi prosesinin iki mərhələdə aparılması nəzərdə tutulurdu: əvvəlcə dəniz səviyyəsindən 185 m nişanına çatmaq planlaşdırılırdı ki, bu da anbarın həcminin 18,45 km³ olmasına bərabər idi. İkinci mərhələdə isə səniyyə 208 m-ə yəni həcminin isə 58 km³ çatdırılması planlaşdırlırdıАномалия, но не катастрофа , ВСП.RU , Егор ЩЕРБАКОВ, 18.05.2012.

Su anbarının doldurulmasının başlanğıcı əvvəlcə 2011-ci ilin dekabr ayında, başa çatdırılması isə 2012-ci ilin dekabrında planlaşdırıldı. Daha sonra su anbarının su ilə doldurmağa başlanması bir neçə dəfə təxirə salındı. Əvvəlcə Boquçan SES-nı inşa edən tikinti şirkəti rəhbərliyinin elan etdiyi kimi 2012-ci ilin mart ayına planlaşdırıldı. Sonra rəsmi səbəblərə görə doldurulma qeyri-müəyyən müddətə, РБК daily , 05.04.2012 təxirə salındı. 2012-ci ilin aprelində bəndin bir qolu bağlandı və beləliklə 29 aprel 2012-ci il tarixdə su anbarının doldurulması prosesinə başlanıldı. Tamamlama müddəti 2013-cü ilin dördüncü rübü elan edildiБогучанская ГЭС перекрыла одно из донных отверстий в плотине и готовится к заполнению водохранилища , Тайга.инфо , 16.04.2012Начало наполняться новое Богучанское водохранилище в Красноярском крае , Интернет-журнал про Сибирь — Сиб.фм , 16.05.2012. 1 oktyabr 2012-ci ilədək su anbarı 178 m səviyyəsinə (planlaşdırılan 208 m dəniz səviyyəsininn xaricində) dolduruldu. Elə həmin ilin 8 noyabrda 185 m hündürlük əldə edildiВода дошла до точки , Сибирский энергетик , 09.11.2012, Георгий Борисов. 2013-cü ilin may ayının son ongünlüyünə görə su anbarı yatağında suyun səviyyəsi 188 m səviyyəsini aşdı. Bundan əlavə Su Resursları üzrə Federal Agentlik, ən azı 4 sentyabr 2013-cü ilədək Baltik hündürlük sisteminə görə səviyyəni müvəqqəti olaraq 188.5 m səviyyəsindən qaldırmamağa qərar verdi. Səbəb isə Anqara çayında gəmiçiliyin təminatı və İrkutsk vilayətinin Ust-İlimsk rayonundakı arxeoloji abidələrin su altında qalmasının qarşısını almaq olur. Su anbarının Baltik hündürlük sisteminə uyğun olaraq normal tutma səviyyəsinə 208 m doldurulması 2014-cü ilin dekabr ayında başa çatması planlaşdırılırdıПринято силовое решение , Сибирский энергетик , 09.08.2013, Егор Щербаков. 31 oktyabr 2014-cü il tarixinə su anbarının səviyyəsi 203.36 m, 27 yanvar 2015-ci il tarixinə 205.59 mБудущее Байкала под угрозой БЕЛЛОНА.РУ hündürlüyünə çatdırıldı. Layihə üzrə 208 metrlik hündürlük ancaq 2015-ci ilin iyununda əldə edildiЗаполнено Богучанское водохранилище , Ъ-Красноярск , 18.06.2015, Валентин Романов. Ümumi məlumat Dəniz səviyyəsindən 208 m yüksəklikdə su anbarının sahəsi 2326 km²-dir. Bunun 1961 km² Krasnoyarsk diyarına və 365 km² isə İrkutsk vilayətinə düşür. Su anbarının ümumi həcmi 58,2 km³, layihə çərçivəsində istifadə edilə bilən həcmi 2.31 km³ olmalıdır. Su anbarının minimum texnoloji səviyyəsi 176 m, ölü həcmi 10 km³ və dolu - 48 km³-dir.

İstinadlar