Yusif Əlibala oğlu Dadaşov () — Azərbaycan teatr aktyoru, Azərbaycan SSR əməkdar artisti (1954).

Həyatı Yusif Dadaşov 1913-cü ildə Bakıda anadan olub. O, Bakıda ibtidai təhsil alıb.

Aktyor Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının əsasını qoyan və həvəskar kollektivin formalaşmasında rol oynamış sənətçilərdən olub. O, teatrın təməli olan "Fırtına" tamaşasının hazırlanmasında yaxından iştirak edib və Jak rolunu oynayıb. Təxminən 37 illlik səhnə fəaliyyətində nağıl, komediya, faciə, dram tamaşalarında rollar oynayıb.

Yusif Dadaşov 7 avqust 1960-cı ildə Bakıda vəfat edib.

Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 27 fevral 1954

İfa etdiyi əsas rollar Tamaşa Müəllif Rol Hacı Qəmbər Nəcəf bəy Vəzirov Əşrəf bəy Ağa Kərim xan Ərdəbili Nəcəf bəy Vəzirov Tın-tın İmanqulu, Əhməd Aydın Cəfər Cabbarlı Surxay Yaşar Cəfər Cabbarlı Belokurov Sağsağan Əbdürrəhim bəy Haqverdiyev Tarıqulu Molla İbrahimxəlil kimyagər Mirzə Fətəli Axundov Molla Həmid Tamahkar Süleyman Sani Axundov Əliqulu Müfəttiş Nikolay Qoqol Luka Lukiç Kapitan Qrantın uşaqları Jül Vern Poqanel Zorən təbib Jan Batist Molyer Leandr Vətən Abdulla Şaiq Dursun El oğlu Abdulla Şaiq Səməndər Xasay Abdulla Şaiq Kamal Nərgiz Mirmehdi Seyidzadə Nökər Qızıl quş Mirmehdi Seyidzadə Bəbir xan Aqil və Sərvinaz Əyyub Abbasov Abbas Bir gəncin manifesti Mir Cəlal Neyson Anacan Yusif Əzimzadə Professor, Rəhim Son məktub Rauf İsmayılov Xeyri Gülən gözlər Məmmədhüseyn Təhmasib Osmanov Babək Əbil Yusifov Vurğun Düşmənlər içində Novruz Gəncəli Zorin Gənc ustalar Zeynal Xəlil Mirpaşa Ayrılan yollar Cabbar Məcnunbəyov Mirbalayev Qığılcımdan Şalva Dadiani Davud Ağbəniz Valentina Lyubimova Cek Taker Qastello İsidor Ştok Viktor Stepanenko Uzaq illərdə Pavel Malyarevski General

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Azərbaycan aktyorları