Yusif Lətif oğlu Qazıyev () — Azərbaycan teatr aktyoru, Kirovabad Dövlət Dram Teatrının direktoru (1971–1985), Azərbaycan SSR əməkdar artisti (1971).
Həyatı Yusif Qazıyev 22 mart 1931-ci ildə Gəncə şəhərində anadan olub. O, 1949-cu ildən 1971-ci ilə kimi Kirovabad Dövlət Dram Teatrında aktyorluq fəaliyyəti göstərib. 1971–1985-ci illərdə bu teatrın direktoru, 1981–1985-ci illərdə isə şəhər mədəniyyət şöbəsinin müdiri işləyib.
Yusif Qazıyev 1975–1980-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunda qiyabi təhsil alıb. O, 21 mart 1987-ci ildə Kirovabad şəhərində vəfat edib.
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 27 dekabr 1971
İfa etdiyi əsas rollar Tamaşa Müəllif Rol Qaçaq Nəbi Süleyman Rüstəm Xəlil Bir evin sirri Tur qardaşları Yapon jurnalisti Almaz Cəfər Cabbarlı Barat Nəsrəddin şah Cəfər Cabbarlı Nadir Ailə namusu Hüseyn Muxtarov Qurban Xırs quldurbasan Mirzə Fətəli Axundov Kərəm Xərçənglər Sergey Mixalkov Lyoşa Hacı Qəmbər Nəcəf bəy Vəzirov Mahmud Çiçəkli dağ Məmmədhüseyn Təhmasib Hadı Fərhad Altay Məmmədov Kişilər Fərid Altay Məmmədov Həmyerlilər Bahar suları İlyas Əfəndiyev Uğur Mənim günahım İlyas Əfəndiyev Sahib Komsomol poeması İsgəndər Coşqun Bəxtiyar Sabahın xeyir Viktor Rozov Slava Aldanmış adaxlı Riçard Şeridan Don Antonio Dağlı qızı Rəsul Həmzətov Yusup Bura gəlin Əziz Nesin Şarey Səməndər Firudin Aşurov Murad Şərqin səhəri Ənvər Məmmədxanlı Bəhruz Əliqulu evlənir Sabit Rəhman Rövşən
Qeydlər
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Azərbaycan aktyorları