Xaçmaz rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. Mərkəzi Xaçmaz şəhəridir.

Azərbaycanın dilbər guşələrindən olan, qədim tarixə malik Xaçmaz respublikamızın şimal bölgəsində yerləşən sərhəd rayonlarından biridir. Azərbaycanın qədim yaşayış məskənlərindən olan Xaçmaz rayonu 1930-cu ildə yaradılmışdır. Xaçmaz 1936–1937-ci illərdə şəhər tipli qəsəbə olmuşdur. 1963-cü ildə Xaçmaz rayonu ləğv edilib, ərazisi Quba və Qusar rayonlarına verilmişdir. 1965-ci ildə rayon yenidən bərpa edilmişdir. Belə güman edirlər ki, Xaçmaz adı vaxtilə bu ərazidə yaşamış və mübariz Hun qəbilələri birliyinə daxil olmuş xaçmataka (xeçmatek) qəbiləsinin adından əmələ gəlmişdir. Sonradan bu ad transformasiyaya uğramışdır. VII əsrin ortalarından başlayaraq, mənbələrdə Xaçmaz şəklində rast gəlinir. Maraqlıdır ki, VII əsrin ikinci yarısında bu qəbilənin bir hissəsi indiki Oğuz rayonu ərazisinə köçub getmiş və orada Xaçmaz adlı kənd və eyniadlı qala tikmişlər.

Vaxtilə Azərbaycan ərazisində mövcud olmuş qədim dövlətlərin üzərinə hərbi yürüşlər və basqınlar etmiş işğalçıların yolu Xaçmaz ərazisindən keçmişdir. Eramızdan əvvəl VIII–VI əsrlərdə tikilmiş məşhur Bab əl Əbvab (ərəbcədən "Qapıların Qapısı", Dərbənd qapıları) istehkamları bu işğalçıların yolunda dəf edilə bilməyəcək bir maneə kimi dayanmışdır. V əsrdə Sasani padşahı Yezdigərdin dövründə Dərbənd aşırımında işğalçıların qarşısını almaq üçün möhtəşəm daş sədd tikilmişdir. Bu hərbi istehkamlar sistemini dəf etməyə müvəffəq olanlar dərhal Azərbaycanın bərəkətli torpağına düşürdü. Skiflər, alanlar, xəzərlər, səvirlər və digər qəbilələr Azərbaycan ərazisinə bu yolla keçmişdilər.

Bölgənin tarixi haqqında ilk məlumatlar Azərbaycan tarixinin Eneolit dövrünə təsadüf edir. Son illər Eneolit abidələri Qobustan, Quba–Xaçmaz v ə Şəki–Zaqatala zonalarında da qeydə alınmışdır. Eneolit dövrü e. ə. VI minillikdən başlayaraq e. ə. IV minilliyə qədər olan dövrü əhatə edir. Bu dövrün əsas xüsusiyyəti istehsalat təsərrüfatının formalaşması və sürətli inkişafı idi. Məişətdə daş məmulatları ilə yanaşı, metaldan da istifadə olunmağa başlanmışdı. Eneolit dövrü yaşayış məskənlərindən tapılmış müxtəlif mis əşyalar (biz, iynə, bıçaq v ə s.) bunu sübut edir. Bundan başqa bu dövrdə qazma tipli evlər çiy kərpicdən olmaqla, dairəvi və ya düzbucaqlı planda tikilirdi. Eneolit dövründə əhali əkinçilik, maldarlıq, ev sənətkarlığının müxtəlif sahələri ilə (dulusçuluq, daş və sümükişləmə, toxuculuq v ə s.) məşğul olurdu. Əkinçiliklə məşğul olan əhali taxıl ehtiyatını irihəcmli saxsı küplərdə saxlayırdı. Xaçmazın tarixi abidələri içərisindən tapılmış daş, sümük və mis əşyalarl tökmək üçün küplər, toxuculuq dəzgahının hissələri Eneolit dövründə əhalinin bu ərazilərdə yaşamasından xəbər verir.

Eneolitin son mərhələsində ölülərin gil küplərdə dəfn olunması mərasimi də yayılmışdı. Xaçmazda bu cür gil küplərə Şollar, Nərəcan kəndləri ərazilərində rast gəlmək olar. Belə küplər təsərrüfat küplərindən onunla fərqlənirdi ki, oturacağı şiş formalı olub, ağız hissəsində tutacaq və ya qulp qoyulurdu. Ağzı isə qapaq və ya daş lövhə ilə örtülürdü. Küpün aşağı hissəsində çox hallarda deşik olurdu Bu da insanların dini təsəvvürləri ilə bağlı olub çox güman ki, ruha inamın mövcudluğu ilə əlaqədar idi. Xudat ərazisindəki Şollar kəndində yerli əhali təsərrüfat işləri apararkən gil küp qəbir aşkar etmişdir. Qədim küp qəbrin içərisindən sümük qalıqları, misdən üzük, saxsı qablar v ə s. tapılmışdır.

Xaçmaz rayonunun ərazisi Albaniya dövlətinin tarixi inkişafı dövründə.təsərrüfatın bağçılıq və üzümçülük heyvandarlıqla məşgul olurdu. Xaçmaz Şirvanşahlar dövlətinin tərkibində olduqda da bu ərazi həm hərbi yürüşlər, həm də dinc məqsədlər üçün istifadə olunmuşdur. Eramızdan əvvəl II əsrdə fəaliyyətə başlayan "Böyük İpək yolu" adı ilə tanınan dünya ticarət yolları sisteminin çox işlək qollarından biri də məhz bu ərazidən keçmişdir. Azərbaycanın ərəblər tərəfindən işğalı dövründə Xaçmaz bölgəsində ictimai–siyasi vəziyyət dəyişkən idi. Burada tarixin qədim dövrlərindən başlayaraq ardıcıl şəkildə xarici təcavüzlərin, aparılan uzunmüddətli müharibələrin ağrı–acısını əhali daimi olaraq hiss edib

Xaçmaz rayonunda 22 millət və xalqın nümayəndəsi vahid ailədə mehriban şəraitdə yaşayır. Əhalinin sıxlığı 1 km² 165 nəfər təşkil edir. Əhalinin ümumi sayının 50.06 faizi kişilərdən (87.50 min nəfər), 49.94 faizi qadınlardan (87.30 min nəfər) ibarətdir.

Xaçmaz rayonunda 502 nəfər (133 ailə) məcburi köçkün məskunlaşmışdır

Qarabağ müharibəsi əlillərinin sayı — 122 nəfər

Şəhid ailələrinin sayı — 186 nəfər

Əlillərin sayı — 4969 nəfər

Tarixi Azərbaycanın qədim yaşayış məskənlərindən olan Xaçmaz rayonu 1930-cu ildə yaradılmışdır. Xaçmaz 1936–1937-ci illərdə şəhər tipli qəsəbə olmuşdur. 1963-cü ildə Xaçmaz rayonu ləğv edilib, ərazisi Quba və Qusar rayonlarına verilmişdir. 1965-ci ildə rayon yenidən bərpa edilmişdir.

Belə güman edirlər ki, Xaçmaz adı vaxtilə bu ərazidə yaşamış və mübariz Hun qəbilələri birliyinə daxil olmuş xaçmatak (xeçmatek) Mənbə göstərilməlidir qəbiləsinin adından əmələ gəlmişdir. Sonradan bu ad transformasiyaya uğramış və VII əsrin ortalarından başlayaraq, mənbələrdə Xaçmaz şəklində rast gəlinir. VII əsrin ikinci yarısında bu qəbilənin bir hissəsi indiki Oğuz rayonu ərazisinə köçüb getmiş və orada Xaçmaz adlı kənd və eyniadlı qala tikmişlər.

Vaxtilə Azərbaycan ərazisində mövcud olmuş qədim dövlətlərin üzərinə hərbi yürüşlər və basqınlar etmiş işğalçıların yolu Xaçmaz ərazisindən keçmişdir. Eramızdan əvvəl VIII–VI əsrlərdə tikilmiş məşhur Bab əl Əbvab (ərəbcədən "Qapıların Qapısı", Dərbənd qapıları) istehkamları bu işğalçıların yolunda dəf edilə bilməyəcək bir maneə kimi dayanmışdır. V əsrdə Sasani padşahı Yezdəgirdin dövründə Dərbənd aşırımında işğalçıların qarşısını almaq üçün möhtəşəm daş sədd tikilmişdir. Bu hərbi istehkamlar sistemini dəf etməyə müvəffəq olanlar Azərbaycan torpağına düşürdü. Skiflər, xəzərlər, savirlər və digər qəbilələr Azərbaycan ərazisinə bu yolla keçmişdilər.

Rayonda 1999-cu ildə ilk bələdiyyə seçkiləri zamanı 61 bələdiyyə təşkil edilmiş, 2004-cü ilin seçkiləri zamanı isə bələdiyyələrin sayı 70 olmuşdur. 2004-cü ildə 2 şəhər, 2 qəsəbə və 66 kənd bələdiyyəsinə 572 nəfər üzv seçilmişdir. 2004-cü ildə Rusiya və Azərbaycan arasındakı hökumətlərarası razılaşmaya əsasən Rusiya Federasiyasının Dağıstan Respublikasına əvvəllər icarəyə verilmiş iki kənd, Xraxoba və Uryanoba kəndləri Xaçmaz rayonunun tərkibinə qaytarılmışdır.

Birinci Qarabağ müharibəsində 226 nəfər, İkinci Qarabağ müharibəsində isə Xaçmaz rayonundan 48 nəfər şəhid olmuşdur.

Coğrafi mövqeyi Xaçmaz rayon Azərbaycanın şimal–şərq hissəsində yerləşir. Samur–Dəvəçi ovalığının bir hissəsi bu rayonun ərazisinə aiddir. Xaçmaz rayonu şimaldan Rusiya Federasiyası, qərbdən Qusar və Quba rayonları, cənubdan Şabran rayonu, şərqdən Xəzər dənizi ilə həmsərhəddir. Rayonun dəniz sərhəddi 70 km, Rusiya ilə sərhəddi 14 km təşkil edir. Rayon ərazisindən magistral avtomobil yolu və Bakı–Moskva dəmir yolu keçir.

Təbiəti thumb|250px|Xaçmaz rayonu ərazisində çox rast gəlinən ağaclardan biri olan Yulğun Rayon ərazisinin 20.800 hektarı meşələrlə örtülmüşdür. Burada 8 çay, 3 süni göl var. Rayonun florasında itburnu, sarmaşıq, dazı otu, yağı otu, ballı nanə və başqa dərman bitkiləri geniş yayılmışdır. Torpaqları çəmən–meşə, şabalıdı və açıq şabalıdıdır. Çəmən və kolluqlar geniş yayılmışdır. Düzənlik meşələri də var. Xaçmaz faunasının əsas nüməyəndələri Çöl donuzu, yenot, qırqovul, kəklik və s.-dir. Sahil suları balıqla (külmə, kilkə, şamayı və s.) zəngindir. Termal və mineral su bulaqları vardır. Xaçmazda ovçuluq və balıqçılıq üçün yaxşı şərait var, Ovçular Cəmiyyəti fəaliyyət göstərir. "Gülalan gölü" qoruğu bu Cəmiyyətin nəzdindədir.

İqlimi Xaçmaz rayonu üçün yayı quraq keçən mülayim isti yarımsəhra və quru çöl iqlimi səciyyəvidir. Yanvarda orta temperatur 1–2 °C, iyulda 23–24 °C-dir. İllik yağıntıların miqdarı 300–400 mm-dir. Azərbaycanda çox populyar olan Nabran istirahət zonası Xaçmaz rayonunun ərazisindədir.

Əhalisi

Xaçmaz şəhəri – 35 094 nəfər (27.01.1999) Xudat şəhəri – 12 958 nəfər (27.01.1999) Müqtədir qəsəbəsi Arzu qəsəbəsi Dədəli kəndi 1 yanvar 2011-ci il tarixinə rayon əhalisi 162.100 nəfərdir. Xaçmaz rayonunda 22 millət və xalqın nümayəndəsi vahid ailədə mehriban şəraitdə yaşayır.Xaçmaz Rayonu İcra Hakimiyyəti :Əhalisi +Xaçmaz rayonunun milli tərkibi Etnik qruplar 2009 sa.Azərbaycan Dövlət Statistika Komitəsi: Xaçmaz rayonu Cəmi159 245 azərbaycanlı115 811 ləzgi24 688 tat9 108 türk4 165 qrız3 540 rus643 kürd245 tatar131 yəhudi90 xınalıq36 talış36 ukraynalı28 digər366

İqtisadi xarakteristikası Xaçmaz rayonu Azərbaycanın ən böyük kənd təsərrüfatı rayonlarından biridir. 2003-cü ilə nisbətdə 2010-cu ildə rayonda ümumi məhsul buraxılışı 3,3 dəfə artaraq 300209,9 min manata, sənaye məhsulu 6,9 dəfə artaraq 32300 min manata, kənd təsərrüfatı məhsulu istehsalı 2 dəfə artaraq 138776,9 min manata, əsas kapitala investisiyalar 12 dəfə artaraq 45729,6 min manata, pərakəndə əmtəə dövriyyəsi 5,2 dəfə artaraq 205939 min manata, pullu xidmətlərin həcmi 8,6 dəfə artaraq 41554,5 min manata çatmışdır. Yerli büdcənin gəlirləri 912,5 min manatdan 8523,9 manata, xərcləri 4239,7 min manatdan 23717,7 min manata yüksəlmişdir. Bu dövr ərzində adambaşına pul gəlirləri 3,3 dəfə, orta aylıq əmək haqqı 5,5 dəfə artmışdır. 2003–2011-ci illərdə rayonda 15337 yeni iş yeri açılmışdır ki, bunun da 7749-u daimi iş yerləridir.

1 iyul 2011-ci il tarixə olan məlumata görə rayonda ümumi məhsul buraxılışı 109,6 milyon manat, sənaye məhsulunun ümumi həcmi 16,9 milyon manat, kənd təsərrüfatı məhsulunun həcmi 30,4 milyon manat təşkil etmişdir. Yarım il ərzində pərakəndə əmtəə dövriyyəsi 98,8 milyon manat, pullu xidmətlərin həcmi 19,1 milyon manat, əsas kapitala investisiyalar 30,2 milyon manat olmuşdur. Rayonun təsərrüfatlarında 5269 hektar sahədən 12429 ton taxıl (hər hektardan 23,6 sentner olmaqla), 2587 ton kartof, 10008 ton tərəvəz, 1613 ton meyvə yığılmışdır. 6 ayda 4114 ton ət (diri çəkidə), 18388 ton süd, 9,6 milyon ədəd yumurta, 174 ton yun istehsal olunmuşdur.Xaçmaz Rayonu İcra Hakimiyyəti:İqtisadiyyat

Mədəniyyət, təhsil və səhiyyə müəssisələri Xaçmazda 122 ümumtəhsil məktəbi, 24 məktəbəqədər uşaq müəssisəsi fəaliyyət göstərir. Rayonda ənənəvi xalq sənətlərindən xalçaçılıq daha geniş inkişaf etmişdir. Xaçmaz liseyində xalçaşünaslıq fakültəsi mövcuddur. Rayonda xalça muzeyi də fəaliyyət göstərir. Xaçmaz rayonunda mədəniyyət obyektlərinin çox geniş şəbəkəsi fəaliyyət göstərir. 12 muzey, 5 mədəniyyət evi, 66 kitabxana, 44 klub, 3 uşaq musiqi və incəsənət məktəbi, mədəniyyət və istirahət parkı və s. rayon əhalisinə xidmət göstərir. Bundan başqa rayonda 91 səhiyyə müəssisəsi, 2 özəl tibb klinikası var.

Son illər Xaçmaz və Xudat şəhər Mədəniyyət evləri, rayon Tarix–Diyarşünaslıq muzeyi əsaslı təmir edilmiş, Heydər Əliyev Mərkəzi və onun Xudat şəhərində və sərhədyanı Yalama kəndində filialları yaradılmışdır. Xaçmaz şəhərində Azərbaycan ədəbiyyatı, incəsənəti və elminin 40 nəfər dahi şəxsiyyətinin abidələrinin ucaldıldığı açıq səma altında Şəxsiyyətlər muzeyi fəaliyyət göstərir. Eləcədə rayonda Xalqlar Dostluğu muzeyi, Əziz Əliyev və akademik Zərifə Əliyeva muzeyləri, Rəsm Qalereyası yaradılmışdır.

Maddi–mədəni irsi 200px|thumb|right|Koroğlunun Xaçmazda heykəli