Albanlar, Qafqaz albanları — Qafqaz Albaniyası dövlətinin əsasını qoymuş, azərbaycanlıların etnogenezində mühüm rol oynamış, qafqaz dil ailəsinə mənsub olan Cənubi Qafqazın yerli xalqı. Ямпольский З.И. Древнейшие сведения о тюрках в зоне Азербайджана, //Учен. зап. АГУ им. С.М.Кирова, 1966, № 2.Ямпольский З.И. Древние авторы о языке населения Азербайджана //ИАН АзССР, 1955, № 8
Tarixi
Alban etnosunun adı ilk dəfə e.ə. 331-ci ildə Əhəməni ordusu ilə Makedoniyalı İskəndərin ordusu arasında baş vermiş Qavqamel döyüşü ilə əlaqədar olaraq II əsr müəllifi Arrian tərəfindən çəkilir. Deyilir ki, Əhəməni ordusunda albanlar da vardı Arrian, II, 2, 4. E.ə. I əsrdə baş vermiş hadisələrlə əlaqədar bu etnosun məskun olduğu ölkə yunan və latın mənbələrində eranın əvvəllərindən başlayaraq Albaniya adlanır. Albaniya indiki Dağıstana mənsub Samur-Dərbəndarası bölgə, indi Ermənistana aid Göyçə və Zəngəzur bölgələri daxil olmaqla indiki Şimali Azərbaycan ərazisi əhatə edirdi.F. Məmmədova – Qafqaz albaniyasının siyasi tarixi və tarixi coğrafiyası, Bakı, 1993 Lakin Azərbaycanın Kür çayının Arazla birləşdiyi yerdən Xəzərə qədərki hissəsindən cənubdakı inzibati rayonların (Saatlı, Sabirabad, Neftçala, Salyan, Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Lerik və Astara rayonları) ərazisi və Naxçıvan qədimdə Midiyaya, e.ə. IV əsrdən eranın VII əsrinə qədər Atropatenaya məxsus idi. Albaniya dövləti təxminən min il ömür sürmüş və ərəb işğalı nəticəsində VIII əsrdə süqut etmişdir.
Etnik mənşəyi Albaniyada əhali müxtəlif dillərdə (I əsr müəllifi Strabona görə 26 dildə) danışırdı. Ona görə mənbələrdə alban etnonimi iki mənada işlənir: birincisi, Albaniya ölkəsində yaşadıqlarına görə bütün tayfaların ümumi adı kimi; ikincisi, bu tayfalardan birinin konkret etnik adı kimi, özünü adlandırması kimi. Prof. Q. Qeybullayev yazır ki, Albaniyada özünü Alban adlandıran bir tayfa yaşayırdı. Özlüyündə aydındır ki, bu tayfa ölkədə aparıcı rola malik idi. Əks halda ölkə onun adı ilə Albaniya adlanmazdı və sözsüz ki, çarlıq edən sülalə də bu tayfadan idi. Ümumi mənada alban adlanan digər tayfaların hərəsinin də etnik adı vardı.Q. Qeybullayev Azərbaycan türklərinin təşəkkülü tarixindən, Bakı, 1994
Bir qrup alim (ermənişünas, qafqazşünas və iranşünaslar) A.Q.Şanidze Шанидвг А. Г. Новооткрытый алфавит кавказских албанцев и его значение для науки. Известия ИЯИМК. Груз. ФАН СССР, том IV" Тбилиси, 1938 , səh 37, Q.A.Melikişvili Меликишвили Г. А. Древневосточные материалы по истории народов Закавказья. I, Наири-Урарту, Тбилиси, 1954, səh 405, İ.M.Dyakonov Дьяконов И. М. История Мидии. М. — Л., 1956, səh 283, K.V. Trever Тревер К. В. Очерки по истории и культуре Кавказской Албании. М. — Л., 1959, səh 306, S. T.Yeremyan Еремян С. Т. Раннефеодальные государства Закавказья в III— VII вв. "Очерки истории СССР". М., 1958 , səh 306, A.P.Novoseltsev Новосельцев А. П., Пашуто В. Т., Черепнин А. В. Пути развития феодализма. М, 1962 , səh 41, Q. A.Klimov Климов. Г. А. Кавказские языки, М., 1960, səh 97 və Azərbaycan tədqiqatçıları İ. H. Əliyev, F. Məmmədova albanlarının hamısını, o sıradan alban tayfasının özünün də Qafqazdilli olunduğunu hesab edirdilər.
Başqa bir qrup tədqiqatçılar, akademik Y. Yusifov Юсифов Ю.Б., Бабаев И.А. Кавказская Албания в эллинистическую эпоху. В кн.: Причерноморье в эпоху эллинизма.//Мат-лы III Все-союзн. симпозиума по древней истории Причерноморья. Цхалтубо, 1982, Тбилиси, 1985., akademik M. İsmayılov M. İsmayılov – Azərbaycan xalqının təşəkkülü, Bakı, 1993, Z. İ. Yampolski , Q. Qeybullayev , K. Əliyev Алиев К.Г. Кавказская Албания. Баку, 1974, Ş. Kaya Şükrü Kaya, Seferoğlu Adnan, Muderris oğlu. Türk dövlətləri tarihi, Azərbaycanın kültür derneyi yayınları № 2, Ankara, 1986, M. Bala M. Bala – Azerbaycan tarihinde türk Albanya, Ankara, 1945, F. Cəlilov F. Cəlilov Azər xalqı, Bakı, 2007, X. Xəlili X. Xəlili – Azərbaycan türklərinin təşəkkül və milli inkişaf tarixi, Bakı, 2009 isə albanları türk mənşəli tayfa hesab edirlər.
Albaniya tayfaları
Tədqiqatlar göstərmişdir ki, albanların, yaxud Albaniya tayfalarının hamısı yox, yalnız bir hissəsi, əsasən Dağıstanla həmsərhəd bölgələrdə yaşayan Dağıstandilli, alban etnik adını daşıyanlar, yəni alban tayfası və daha bir neçə tayfa türkdilli idi.
Dağıstandilli tayfalar indiki udinlərin, ləzgilərin, avarların, saxurların, xınalıqlıların, qrızlıların və buduqluların əcdadları idi. Lakin ləzgilərin, avarların və saxurların əsas hissəsi indiki Dağıstanda yaşayırdı. Dağıstan isə bütünlükdə Albaniyaya aid deyildi. Albaniyada yaşayan Dağıstandilli yaxud ləzgidilli tayfalar köklü, yerli idilər, lakin onların yaşadıqları bölgələrin ayrı – ayrılıqda dəqiq coğrafi koordinatları məlum deyil.
Albaniyanın şimal – qərbində, Dağıstan və Gürcüstan ilə sərhəd bölgədə bir tayfa V əsrdən başlayaraq gürcü mənbələrində her, onun yaşadığı mahal Hereti adlanır. Gürcü tədqiqatçıları bu tayfanın ümumi mənada albanlar olduqlarını təsdiqləyirlər. Müəyyən edilmişdir ki, Herlər indiki Dağıstandilli qrızların və haputluların ulu əcdadlarıdır, onlar özlərinə indi də "hər" deyirlər.Гейбуллаев Г. А. К этногенезу азербайджанцев, том 1. Баку, 1991
Alban tarixçisi Musa Kalankatlının Alban tarixi əsərində Albaniyanın şimal – qərbində bir əyalət Xeni adlandırılır. Xınalıq kəndinin adı həmin əyalətin adını əks etdirir, lakin xınalıqların ulu əcdadları V əsrə aid bir mənbədə albanlarda bir tayfanın adı kimi qeyd etdiyi qat tayfasıdır, xınalıqlılar özlərinə indi də kət deyirlər.
Alban tarixində və V- VII əsrlərə aid qədim mənbələrdə həmin bölgədə yaşayan lpin (lbin), silv və ciqb tayfalarının adları çəkilir. Lbinlər avarların Albaniyada yaşayan hissəsinin , silvlər Dağıstanda yaşayan hissəsinin etnik adlarıdır; civblər isə indiki saxurlardır, onlar özlərinə indi də yixbı deyirlər.
Albaniyanın şimal – şərqində V-VII əsr mənbələrində çoxlu tayfaların yaşaması qeyd olunmuşdur: xaçmatak, qluar, maskut, xursan, çul, tavaspar, ləg və b. Bu tayfalardan tavasparlar (tabasaranlar) və ləglər indiki ləzgilərin əcdadlarıdır. İlk dəfə ləg formasında ləzgilərin adı I əsr müəllifi Strabonun əsərində çəkilir. O yazır ki, albanların qonşuluğunda ləglər yaşayır Strabon, XI, 5, 1. Qədim mənbələrdə ləzgilər haqqında məlumat çox azdır. İlk dəfə olaraq IX əsrə aid ərəb mənbəində Samurdan şimalda Ləkz ölkəsi qeyd olunur. Ləzgilərin IX əsrdə Samur üstündə Mixyar adlı qalası vardı.
Albaniyada İrandilli tayfalar da yaşamışdır. Eranın III – IV əsrlərindən tatların ulu əcdadları burada məskun idi. Tat adını bu etnosa qədim türklər vermişlər, mənası da oturaq, əkinçi deməkdir. Tatlar heç vaxt köçəriliklə məşğul olmamışlar. Səlcuq oğuzları Cənubi Azərbaycanın yerli, oturaq, türkdilli əhalisini tat adlandırırlar. Parslar isə Balaxanı və Suraxanının qədim sakinləridir. Dağlıq Şirvanda və Quba rayonunda Rusta, Afurca, Xaltan, Varna, Avaxil və b. İranmənşəli toponimlər müasir tat dilində deyildir, lakin qədim fars dili ilə aydınlaşdırılır. IV- VI əsrlərdə Beşbarmaq, Gilgilçay, daha sonra Dərbənd sədlərinin çəkməsilə əlaqədar olaraq Sasani şahları Xızı, Dəvəçi və Quba rayonlarındakı tatları və Dərbənd bölgəsindəki yəhudiləri İrandan köçürtmüşlər. Məsudi yazır ki, Ənuşirəvan əl Bab və – l Əbvab adı ilə tanınmış bu şəhəri, onun quru, dəniz və dağlarda uzanmış səddini tikdirdiyi zaman, müxtəlif xalqları və onların hökmdarlarını buraya köçürtdü Vəlixanlı N. M. IX – XII əsr ərəb coğrafiyaşünas – səyyahları Azərbaycan haqqında. Bakı, 1974, səh 52..
Özlərini alban adlandıranlar qədimdə Atropatenada da yaşayırdı. Strabon albanların bir hissəsinin Midiya dağlarında yaşadığını yazmışdır.Strabon, XI, 7, I və XI, 8, 8. Prof. Q. Qeybullayev qeyd edir ki, Midiya dağlarında eradan əvvəl (Strabonun bu məlumatı er. əv. IV-III əsrlərə aiddir) heç bir Dağıstandilli tayfa yaşaya bilməzdi. Toponimlər əsasında alban tayfasının Ermənistanda, Gürcüstanda və Dağıstanda (Dərbənd zonasında) yaşaması da müəyyən edilmişdir .
Şəxslərin adları
Oroys – E.ə. I əsrdə Alban çarı. Adın bu formasını Plutarx yazmışdır Plutarx, Lukull, 34. Appian bu adı Oroz, Oriz, Dion Kassi isə Oris kimi qeyd etmişdir. Əsl forması Appianın qeyd etdiyi Orozdur ki, bu da əslində Oruz, yaxud Uruz adının fonetik şəklidir. Türkcə xoşbəxt əlamət, xoş nişanə, qismət, nəsib, xoş güzəran, sağlamlıq, sərvət, var-dövlət mənalarında olan orəz, oraz, orıs, ırıs, oruz Севортян Э. В. Этимологический словаоь тюркских языков.. Том I, М., 1974; том II, М, 1978; том III, М., 1982, I, səh 667 sözündəndir. Firdovsinin Şahnaməsində Alp Arus (Alp Ər Tunqanın oğlu), Kitabi Dədə Qorqudda Uruz, XII əsrdə Orta Asiyada Uruzbək Древнетюркский словарь, М., 1969, səh 616, Çingizxan dövründə qırğız inallarından biri Urus, Qırğız sultanlarının banisi Urusxan, XIV əsrdə Orta Asiya xalqlarının hakimi Orusxan (Qazaxıstanda Aq Orda xanı – 1361 – 1380) və b. şəxs adları ilə müqayisə olunur.
Kozis – Oruzun qardaşının, Alban sərkərdəsinin adı . Latın dilinin fonetikasına uyğun şəkildə verilmiş bu adın əsl forması məlum deyil. Güman ki, türk dillərində Kozik ulduzu adlanan ulduzun adındandır (məsələn, qırğız dilində qütb ulduzu Altın kozık, Oğlaq bürcü Təmir kozik adlanır). Oğuznamənin uyğur variantında Kazuk şəxs adı vardır Шербак. Г. А. Огузнаме. М., 1959, səh 27. Monqollarda və türklərdə Kuçuk şəxs adı da kozik sözünün fonetik formasıdır.
Zober – E.ə. I əsrdə, Alban çarının adı.Dion Kassiy, XI, I, 24. Yunan və latın dillərində ç, c, ş səsləri olmadığına görə, güman ki, adın başlanğıcındankı z səsi əslində ç yaxud ş səsini ifadə edir. Lakin bu səs köklü s da ola bilər. Bir sıra türk dillərində çəpər (lakin xakasca sibət, başqırdca səbər, monqolca tsəbər, buryat-monqolca səbər) təmiz, gözəl L. Z. Budaqov, II, 467 qayda-qanunu sevən, intizamlı, ehtiyatlı, vicdanlı, nəcib, düz Радлов В. В. Опыт словаря тюркских наречий, т. I—IV, III, səh 1993 sözündəndir. Türk dillərində çəbər, çəvər, şəvər formalarında olan bu söz çoxmənalıdır. Məsələn, qırğızca çəbər – mahir, mərhəmətli, cəld, diribaş, zirək, çevik, fəndgir, qazaxca şəbər – usta‖, uyğurca çəvər – mahir, başqırdca sibər – qanışirin, suyuşirin, məlahətli, cazibəli, xakasca səbər – səliqəli, türkməncə çəpər – gözəl və s. mənalarındadır Егоров Е. Г. Этимологический словарь чувашского языка. Че-боксары, 1964, səh 326. Er. əv. V əsrdə sak çarı Sabar, hun Kuturqur tayfasının xanı (559-cu il) Zaberxan, VII əsrin ikinci yarısında Şərqi Türk xaqanlığında Şibir xaqan, VIII əsrdə türk bolqarların çarı Sabar, IX əsrdə Arsakda hakim Savar şəxs adları ilə eynidir.
Aran – I əsrin ortalarında Alban çarının adı. Türkcə erən, ərən – şücaətli, cəsur döyüşçü, mərd oğul, qoçaq, qüvvətli Севортян Э. В. Этимологический словаоь тюркских языков.. Том I, М., 1974; том II, М, 1978; том III, М., 1982, I, səh 290-291 sözündəndir Юсифов Ю. Б. Об актуальных проблемах этнической истории Азербайджана. "Проблемы изучения источников по истории Азербай джана". Баку, 1988, səh 27. Qeyd etmək lazımdır ki, ərən – döyüşçü sözü hələ er. əv. III minillikdə şumer dilində vardı Дьяконов И. М. Языки древней Передней Азии. М., 1967, səh 50. III əsrdə hun xaqanlarından Eran (bu ad V əsrə aid qədim erməni mənbəində qeyd olunub), XVIII əsrdə Xivə xanlığına aid sənədlərdə Aran-Qazi və b. şəxs adları ilə müqayisə olunur.
I əsrdən IV əsrədək bəzi Alban çarlarının adları məlum deyil. Alban tarixçisi yazır ki, kitablar və Bibliyanın hissələri yandırıldığına görə (VIII əsrin əvvəlində Alban kilsəsi Ərəb xəlifəsinin əmri ilə erməni kilsəsinin tabeliyinə verildikdən sonra erməni kilsə başçısı İlyanın sırıncamı əsasında alban dilində yazılmış kitablar yandırılmış, yeşiklərə doldurularaq Tərtərçaya atılmışdırQeybullayev 94, Məmmədova 93). Albanların bu əsrlərdəki çarlarının adları bilinmir Alban tarixi, I kitab, 8-ci fəsil.