Şəddadilər küçəsi 24 A ünvanında yerləşən yaşayış binası – Gəncə şəhərində yerləşən yerli əhəmiyyətli tarix-memarlıq abidəsi. Gəncə üçün xarakterik olan "Günbəzli ev"lərin dövrümüzə çatmış azsaylı nümunələrindən biridir.

Memarlıq xüsusiyyətləri Bina planda kvadrata yaxın düzbucaqlı formasına malikdir. Bir otaqlı evin üstü günbəzlə örtülmüşdür. Qapı və pəncərə yerlərinin uğurlu yerləşdirilməsi nəticəsində binanın sadə fasadı olduqca canlı görüntü əldə etmişdir.

Digər günbəzli evlərdə olduğu kimi, bu binada da memar evin interyerinin həllinə daha çox diqqət yetirmişdir. Şəddadilər küçəsi 24 A ünvanındakı evin interyeri sqraffito tipli oyma ilə zəngin bəzədilmişdir. Ağ ornament təsviri dərin tünd boz fonla kontrastda yaxşı qəbul edilərək kompozisiyanın tamlığı ilə diqqət cəlb edir.

Divar boyunca yerləşən ləmədən yuxarıda 25–30 sm dərinlikli niş yerləşir. İncə alebastr çətiri çəpəri ilə ayrılmış niş, oxvari tağ formasında tamamlanır.

Evlərin interyerlərində bu cür nişlər, kuzə, badə və dekorativ boşqab kimi interyer elementlərinin yerləşdirilməsi üçün nəzərdə tutulurdu.

</center>

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Gəncə abidələri Kateqoriya:Gəncə memarlığı Kateqoriya:Gəncənin görməli yerləri Kateqoriya:XVIII əsr memarlığı Kateqoriya:XVIII əsrdə tamamlanmış tikililər Kateqoriya:Arran memarlıq məktəbi Kateqoriya:Azərbaycanın tarixi evləri