Hacı Qiyasəddin ağa Dizaği - Qarabağ bəylərindən, qurucu, xeyriyyəçi
Həyatı Hacı Qiyasəddin ağa 1633-cü ildə Dizaq mahalının Qarğabazarı kəndində dünyaya gəlmişdi.
Kəndlərinin kədxudası olmuşdu. Qurucu və xeyrxah adam olub.
O, hicri-qəməri 1095-ci (miladi 1683/84) ildə doğma kəndlərində məscid tikdirmişdi.
Həmin məbəd Hacı Qiyasəddin məscidi adlanır. Tarixi abidə kimi qorunur.
Hacı Qiyasəddin ağanın Məhəmməd ağa adlı oğlu vardı.
Həmçinin bax
Kateqoriya:Xeyriyyəçilər Kateqoriya:1633-cü ildə doğulanlar Kateqoriya:Hacılar