Amrat mədəniyyəti və ya I Naqada mədəniyyəti - Qədim Misirdə sülalədən öncəsi dövrə aid olan arxeoloji mədəniyyət. Təxminən eramızdan əvvəl 4000 və 3500 il əvvəl mövcud olmuş və enolit mərhələsinə aid edilir.
Ümumi məlumat Bu mədəniyyət adını ilk aşkar olunduğu yerdən, yəni tarixi Yuxarı Misir ərazisində yerləşən əl-Amradan götürmüşdür.
Naqada (Nakada) arxeoloji qazıntı arealında həm Amrat, həm də ondan sonrakı dövrdə mövcud olan Qerzey mədəniyyətinə aid olan artefaktlar tapılmışdır. Buna görə onlar həmçinin I Naqada və II Naqada adlandırılırlar. Amrat insanları əkinçilik, maldarlıq və ovçuluqla məşğul olmuş, qonşularla ticarət aparmışlar.
Amratlılar qədim misirlilərin əcdadları hesab olunurlar..
Arxeoloji abidələr Aparılan tədqiqatlar nəticəsində amrat kəndlərinidə gildən ev qalıqları tapılmışdır. Qerzek mədəniyyətində bu cür tikinti qaydası daha da inkişaf edəcəkdi.
Ən çox əldə edilən tapıntı saxsı qablar idi ki,onların üzərində naxışlara rast gəlinir. Ancaq bu işlər hələ ki ibtidai və sadə idi.
Qazıntılar zamanı tapılan amuletlər əhalinin dini inanclarından xəbər verir.
Qəbirlərdə tapılan heyvan sümükləri, yemək, silah, bəzək əşyaları, heykəlciklər insanların dəfn mədəniyyəti və axirət barədə görüşləri haqqında fikir bildirməyə imkan verir.
İstinadlar
Kateqoriya:Arxeoloji mədəniyyətlər Kateqoriya:Qədim Misir tarixi Kateqoriya:İbtidai icma quruluşu dövründə Afrika Kateqoriya:Yuxarı Misir Kateqoriya:E.ə. XXXVII əsr Kateqoriya:E.ə. XXXVI əsr Kateqoriya:E.ə. XXXIX əsr Kateqoriya:E.ə. XXXVIII əsr Kateqoriya:E.ə. XL əsr