Bəhruz Kəngərli (tam adı: Bəhruz (Şamil) Şirəlibəy oğlu Kəngərli; ) — Azərbaycan rəngkarlıq sənətində ilk akademik rəsm üslubunda işləyərək realist əsərləri ilə novatorluğa yol açmış Azərbaycan rəssamı.
Bəhruz Kəngərlinin 2000-ə yaxın mövzu və janr etibarilə müxtəlif və rəngarəng əsərlərindən ibarət bədii irsi geniş ictimaiyyətin diqqətini cəlb etmiş, ardıcıl olaraq toplanıb sərgi və muzey ekspozisiyalarının bəzəyinə çevrilmişdir.
Həyatı
Erkən illəri thumb|left|Bəhruz Kəngərli
Bəhruz Kəngərli 1892-ci ilin yanvar ayının 22-də Naxçıvan şəhərində anadan olmuşdur. Rəssamın doğma anası Əziz xanım Bəhruzun körpəliyində vəfat edib, bundan sonra atası Şirəli bəy Şirin xanımla evlənib. Bu izdivacdan iki qızı — Tahirə və Mənsurə anadan olub. 1910-cu illərdə Şirəli bəyin vəfatından sonra Şirin xanım rəssamın əmisi Qədir ağaya kəbin edilib. Bu evlilikdən üç uşaq — Davud, Rüstəm və Gültac dünyaya gəlib.
Atası Şirəli bəy gimnaziyada təhsil almış, fars və rus dillərini öyrənmiş, Şərq və Avropa ədəbiyyatı ilə tanış olmuş, qabaqcıl ziyalı kimi tanınmış, şəhər məhkəməsində tərcüməçi vəzifəsində işləmişdir. O, oğlunu "Xeyriyyə" adlı yeni tipli şəhər məktəbində oxumağa qoymuşdu. Bəhruz Kəngərli atasının evə gətirdiyi kitab və şəkilli kitablardan faydalanır, kiçik yaşlarından rəsm çəkməyə maraq göstərir, şəkillərin surətini çıxarmaqla məşğul olur, rus dilini öyrənərək özünün bilik səviyyəsini artırmağa çalışır. Kiçik ikən eşitmə qabiliyyətini itirən Bəhruz özünün xəyal aləminə qapılaraq bütün vaxtını şəkil çəkməyə sərf edir.
thumb|right|Bəhruz Kəngərli və atası Şirəli bəy Kəngərli
Atasının abunəçi olduğu "Molla Nəsrəddin" jurnalını varaqlamaq Bəhruzun mənəvi aləminə qida verir. O, jurnalda dərc olunan felyetonlarla, karikaturalarla tanış olur, məzəli şəkillərin üzünü çıxarmaqla rəsm çəkməyin sirlərini öyrənir. Bu ilk vərdişlər Bəhruzun rəssamlıq sənətinə sevgisini gücləndirir. Bu məqsədlə Bəhruz Kəngərli 1910-cu ildə Tiflis rəssamlıq məktəbinə daxil olur və 5 il ərzində orada təhsil aldıqdan sonra 1915-ci ildə Naxçıvana qayıdır.
Zaqafqaziyanın mühüm mədəni mərkəzi Tiflis şəhərində "İncəsənəti təşviq cəmiyyəti" nəzdində təşkil edilmiş rəssamlıq məktəbinin ilk azərbaycanlı məzunu Bəhruz Kəngərli orada özünün istedadının hərtərəfli inkişafı üçün əlverişli zəmin tapır. Məktəbdə təhsil rus akademik təhsili sisteminə əsaslanırdı və şəhərin qabaqcıl rəsm müəllimləri tərəfindən aparılırdı. Gürcü rəssamları Qiqo Qabaşvili, Aleksandr Mrevleşvili, heykəltaraş Yakov Nikoladze, "Molla Nəsrəddin" jurnalı ilə əməkdaşlıq edən Oskar Şmerlinq kimi müəllimlər öz tələbələrinə peşəkar rəssamlıq prinsiplərini, Avropa mədəniyyətinin nailiyyətlərini aşılayırdılar. Bəhruz Kəngərlinin tələbəlik illərində "Molla Nəsrəddin" jurnalının təsiri altında çəkdiyi rəsm və şarjları bunu aydın sübut edir.
Bəhruz Kəngərlinin təhsil illərində çəkdiyi akademik rəsmlərinin nümunələri bizə gəlib çatmışdır. Onun karandaş, kömür, sulu və yağlı boyalarla işlədiyi bir sıra rəsmləri, o cümlədən qədim Yunan və Roma incəsənətinin şah əsərlərindən "Apollonun başı", "Laokoon", Mikelancelonun "Qandallanmış qul" kimi büst və heykəllərin rəsmləri buna misal ola bilər. Bunlar gənc rəssamın canlı naturadan işləyib sərbəst rəsm vərdişlərinə uğurla yiyələndiyini göstərir. O, cansız gips heykəllərin surətini köçürməklə kifayətlənmir, eyni zamanda canlı naturadan Öz müəllimlərinin, tələbə yoldaşlarının portretlərini də çəkir, insanın zahiri görünüşünü, bənzəyişini, psixoloji cizgilərini real tərzdə canlandırmağa müvəffəq olur.
Təhsil illərində Bəhruz Kəngərli yay tətillərini Gürcüstanın səfalı yaylaqlarında, Qara dəniz sahillərində, eləcə də doğma Naxçıvanda keçirir və görüb müşahidə etdiyi həyat lövhələrini, müasirlərinin surətlərini fırçaya alır, sevdiyi peşəsini yorulmadan təkmilləşdirməyə, rəsm qabiliyyətini cilalamağa çalışırdı. Həmyerliləri arasında bacarıqlı rəssam kimi tanınan Kəngərli sənət həvəskarları tərəfindən müəyyən sifarişlər də verilirdi. Hələ tələbə ikən 1914-cü ildə Naxçıvanda onun ilk fərdi sərgisi təşkil olunmuş, sənət həvəskarlarının diqqətini cəlb etmiş, mətbuat səhifələrində rəğbətlə işıqlandırılmışdır. Şəhərin qabaqcıl ziyalıları sərgini yüksək qiymətləndirmiş, mətbuatda verilən məqalədə "Bəhruz bəy cənablarının bundan daha gözəl, bundan daha artıq rəsmlər yaratmağa nail olmasını" arzu etmişlər.
Sərbəst yaradıcılıq fəaliyyəti Təhsilini başa vurub Naxçıvana qayıtdıqdan sonra Bəhruz Kəngərli doğma şəhərinin mədəni həyatında faydalı rol oynamağa başlayır. O, əsərlərini öz evində nümayiş etdirir, gənclərin bədii tərbiyəsi, estetik mədəniyyəti istiqamətində ilk təşəbbüslərə xüsusi əhəmiyyət verir, müasirlərin bədii tələblərini təsviri sənətə, xalq yaradıcılığının kütləvi növlərinə cəlb etməkdən xüsusi zövq alır, bu sahədə görülən işin bəhrəsindən təsəlli tapırdı.
Akademik M. C. Cəfərovun xatirəsində Bəhruz Kəngərlinin 1919-cu ildə balaca bir otaqda nümayiş etdirdiyi sərgisi haqqında maraqlı məlumat verilir:
Uşaqlar, yeniyetmələr rəssamın sərgilərinə tamaşa edər, naturadan şəkil çəkərkən başına toplaşar, məharətinə heyran-heyran baxaraq zövq alardılar. Belə əyani rəsm vərdişləri sənət həvəskarları üçün canlı ibrət və təcrübə məşğələlərinə çevrilirdi. Təsadüfi deyildir ki, Naxçıvanda sonralar rəssam kimi tanınmış Hüseyn Əliyev, Adil Qazıyev, Şamil Qazıyev, Əyyub Hüseynov, Bağır Maratlı kimi gənclər Bəhruz Kəngərlini özlərinin ilk müəllimi sayır, yüksək qiymətləndirirdilər.
thumb|Bəhruz Kəngərlinin 1920-ci ildə çəkdiyi Qaçqın xanım rəsmi.
Bəhruz Kəngərlinin sərbəst yaradıcılıq fəaliyyəti gərgin ictimai-siyasi təzadlı illərə, xüsusilə ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi təcavüz və terror əməliyyatlarının baş verdiyi dövrə təsadüf etmişdir. Rəssamın həmin mövzulara həsr etdiyi rəsmləri kəskin sənədli ittihamnamə vüsətinə malikdir. Xüsusilə "Qaçqınlar" rəsm silsiləsi zamanın ictimai ziddiyyətlərini əks etdirən realist ümumiləşdirmə qüvvəsi ilə səciyyələnir. "Qaçqın oğlan", "Qaçqın xanım", "Qaçqın uşaqlar", "Naxçıvan xərabələri" kimi rəsmlər ideya-bədii məzmununa görə həssas ürəkli, humanist rəssamın milli qırğına, ədavətə, ictimai ədalətsizliklərə qarşı etirazı kimi səslənir.
Doğma vətənində məşəqqətli və ağır sınaq illərinin baş verməsinə baxmayaraq, Bəhruz Kəngərlinin yaradıcılıq fəallığı, əməksevərliyi daha da genişlənir, sənətkarlığı kamillik mərhələsinə çatır. O, yorulmadan bədii axtarışlar aparır, rəngkarlığın portret, mənzərə, natürmort janrlarında psixoloji cizgiləri, mənəvi hiss və duyğuları ilə aşılanmış, lirik əhvali-ruhiyyəsi ilə seçilən rəsmlər, tablolar yaradır. Həyat varlığın realist mövqelərdən dərk edib canlandıran rəssam özünün estetik amalını aşkarlayıb deyirdi:
Kəngərli insanın, təbiətin gözəlliyini, boyaların ahəngliyini, hava-işıq effektlərinin təravətini tam və dolğun şəkildə ifadə edən realizm metoduna, xüsusilə impressionizm üslubuna meyil göstərirdi. Rəssamın bir sıra mənzərələrində, o cümlədən günün müxtəlif çağlarında fırçaya alman "İlanlı dağ" mənzərələ rində impressionizm sənət cərəyanının əks-sədası aydın duyulur.
O zaman maarif, mədəniyyət ocaqlarının təşəkkülü sahəsində ilk addımlar atan Naxçıvanın mədəni həyatına Bəhruz Kəngərlinin məhsuldar fəaliyyəti faydalı təsir göstərirdi. Rəssam rəssamlıq sənətini təbliğ etmək üçün əhəmiyyətli yollar axtarır, "Naxçıvan yadigarı" adlı rəsm albomları hazırlayır, belə albomların yerli əhali arasında yayılmasına səy göstərir, sənətsevərlər arasmda maraqlı söhbətlər aparırdı. Naxçıvanın tarixi-etnoqrafık abidələrini, milli tipajları, geyimləri, yerli mühitin əlamətdar atributlarını əks etdirən "Naxçıvan yadigarı" adlı olduqca maraqlı rəsm albomu hal-hazırda Azərbaycan Milli İncəsənət Muzeyində mühafizə edilir.
Teatr sənətinin inkişafında rolu Bəhruz Kəngərli Naxçıvanda teatr sənətinin inkişafı ilə əlaqədar tədbirlərin həyata keçirilməsində də yaxından iştirak etmişdir. Bəhruz Kəngərli 1912-ci ildə Naxçıvan teatrında Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" musiqili komediyasının bədii tərtibatını verərək, ilk dəfə teatr rəssamı kimi fəaliyyətə başlayır. Rəssam 1912-ci ildən 1918-ci ilədək Naxçıvan teatrının səhnəsində Nəcəf bəy Vəzirovun "Pəhləvanani-zəmanə", "Hacı Qəmbər", "Müsibəti-Fəxrəddin", Əbdürrəhim bəy Haqverdiyevin "Ac həriflər" — ümumilikdə 40-dan çox tamaşaya irihəcmli pannolar çəkmiş, səhnə tərtibatı və geyim eskizləri vermişdir. Rəssam milli xalq geyimlərinin misilsiz bilicisi idi. O, bədii tərtibat verdiyi əsərlərin personajlarını səciyyələndirən, tarixi dürüstlüyü, milli koloriti, zəngin boyaları, naxışları, bəzəkləri ilə nəzəri cəlb edən çoxlu əlbəsə eskizləri yaratmışdır.
1917-ci ildə Bəhruz Kəngərli Naxçıvan "Xeyriyyə" məktəbinin nəzdindəki "El güzgüsü" adlı teatr cəmiyyəti tərəfindən tamaşaya qoyulmuş Cəlil Məmmədquluzadənin "Ölülər" komediyasının səhnə tərtibatım, dekor və geyim eskizlərini icra etmişdi. O, həmçinin 1918-ci ildə tamaşaya qoyulmuş "Ölülər", "Pəri Cadu", "Hacı Qara" kimi əsərlərin səhnə tərtibatım vermiş, bundan əlavə teatrın arxa səhnəsi üçün dağ mənzərəsini təsvir edən irihəcmli panno çəkmişdir ki, ondan müxtəlif tamaşalarda istifadə olunurdu.
Azərbaycan SSR dövründə yaradıcılığı 1920-ci ilin yayında Naxçıvan bolşeviklərin Qızıl Ordusu tə rəfindən işğal olunur, Sovet hakimiyyəti qurulur, maarif və mədəniyyət sahəsində bir sıra tədbirlər həyata keçirilir. Yeni ictimai mühitdə Bəhruz Kəngərli özünün yaradıcılıq fəaliyyətini genişləndirməyə imkan tapır. Müasirlərinin xatirələrində göstərildiyi kimi, 1920–1921-ci illərdə Bəhruz Kəngərli özünün bir sıra dolğun, bədii cəhətdən kamil əsərlərini yaratmışdır. Bunlardan Birinci Dünya müharibəsində iştirak edən azərbaycanlı döyüşçülərin rəmzi obrazını — "Qızıl Əsgər" surətini xüsusilə qeyd etmək lazımdır.
1921-ci il fevralın 15-də Naxçıvan İnqilab Komitəsinin təşəbbüsü ilə Bəhruz Kəngərlini 500-ə yaxın rəsmlərindən ibarət sərgi nümayiş etdirilmiş, bəzi əsərlərin əhaliyə satılması nəticəsində əldə olunan vəsaitin müəyyən hissəsi rəssamın arzusu ilə şəhərdəki uşaq evinə bağışlanmışdır.
Ölümü Bəhruz Kəngərlinin tərcümeyi-halı göstərir ki, bədəncə zəif, mülayim təbiətli, yumşaq xasiyyətli, çalışqan və işgüzar ziyalı qısa həyatı boyu maddi çətinliklərə, mənəvi məhrumiyyətlərə məruz qalmış, rəsmi dövlət idarələrindən, imkanlı şəxslərdən lazımi qayğı və yardım görməmiş, mədəni cəhətdən geri qalmış adam və cahil insanların laqeyd münasibətinin şahidi olmuşdur. O, 1922-ci ildə fevralın 7-də 30 yaşında ciyər xəstəliyindən vəfat etmişdir.
Portretçilik məharəti thumb|Bəhruz Kəngərli iş zamanı
Bəhruz Kəngərlinin yaradıcılığında aparıcı yer tutan portret əsərlərində müasirlərinin real və canlı obrazları əksini tapmışdır. Rəssam portret janrının tələblərinə hələ təhsil illərində xüsusi diqqətlə yanaşmış, insan surətini təhlil etmək vərdişlərinə xüsusi tələbkarlıqla yiyələnmişdir.
Təhsil illərində və yaradıcılığının ilk mərhələsində Bəhruz Kəngərli portret janrına müstəsna əhəmiyyət vermişdir, ilk qaralama rəsmlərindən, rəssamlıq məktəbində çəkdiyi sinif işlərindən, klassik heykəllərin surətlərindən tutmuş, təmasda olduğu yaxın adamların, tanışların, müəllimlərin surətlərinə kimi, onun erkən əsərlərinin böyük hissəsi portret janrına aid olmuşdur. Əsərlərinin xronoloji siyahısını nəzərdən keçirdikdə aydın olur ki, rəssam 1911–15-ci illərdə portret əsərlərinə xüsusi əhəmiyyət vermişdir. İlk növbədə onun "Avtoportretini" nəzərdən keçirmək maraqlıdır. O, həmin rəsmində özünü tamaşaçılara nəzərlərində müşahidəkarlığa malik, xəyala dalmış, düşüncəli, yaradıcı şəxsiyyət kimi təqdim edir. O, məktəbli libasında masa arxasında oturmuş tərzdə, düşüncələr əsnasında təsvir olunmuşdur. Uzun qara saçları ilə əhatə olunmuş enli sifəti, qalın qaşları, qabağa zillənmiş parlaq gözləri xəyalpərvər gəncin daxili aləmi, nüfuzedici şəxsiyyəti haqqında canlı təsəvvür yaradır. Portret onun yaradıcı ziyalı qrupuna mənsub olduğunu aşkara çıxarır.