thumb|right|Pekindəki Mərkəzi Millətlər Universiteti tərəfindən Etnik Mədəniyyət muzeyinin etnoqrafik sərgisində iştirak edən Tatar qadın paltarı Çin tatarları — hal-hazırkı Çin Xalq Respublikası torpaqlarında yaşayan tatarlardır. ÇXR-in rəsmi olaraq tanıdığı 56 etnik qrupdan biridir. Çin tatarlarının 90 faizdən çoxu Sintzsyan Uyğur Muxtar Bölgəsində yaşamaqdadır.
Çin tatarlarının ataları çoxluqla Volqa tatarlarındandır və XIX əsrdə Sintzsyana gəlib məskunlaşmış tacirlərdir, Bunlardan başqa, XIX və XX əsrin əvvəllərində Volqa boyundan Sintzsyana gəlib məskunlaşmış müəllimlər və imamlar da olmuşdur.
Çindəki tatarların çoxu Sünni müsəlmanlığın hənəfi məzhəbinə mənsubdur. Tatarcaya uyğunlaşdırılmış ərəb hərflərini istifadə edərək yazı yazırlar. Tatarlar bölgədə yaşayan qazaxlar və uyğurlarla yaxın təmasda olduqları üçün qazax və uyğur dillərinin Çin tatarlarının gündəlik həyatlarındakı təsiri get-gedə böyüməkdədir.
Xüsusilə, XIX və XX əsrin əvvəllərində tatarların Sintzsyandakı müasir türk təhsilinə etdikləri qatqı xeyli mötəbər hesab edilir. XX əsrin əvvəlində Sintzsyanda Çin tatarları tərəfindən cədidçi mədrəsələr quruldu. Məşhur uyğur alim və linqivist İbrahim Mutii təhsilini cədidçi tatarların işlətdiyi məktubda almışdır.
Ramazan bayamı və Qurban bayramı kimi islami bayramları qeyd etməylə yanaşı, Çin tatarları hər il 20–25 iyun tarixləri arasında Sabantov bayramını da qeyd edirlər.
Terminologiya "Tatar" adı tarix boyunca çincə qaynaqlara bir çox fərqli şəkildə uyğunlaşdırılmışdır. Tanq sülaləsi (VIII əsr) dövründə tatar mənasına gələn "dadan" termini istifadə edildi. Bu Çinin şimalındakı çöllərdə moğolca danışan xalqları ifadə etmək üçün istifadə edilirdi. Bunun sonrasında, hal-hazırkı Pinyin qarşılığı "dada" olan bir çoxdigər yazılış şəkli də ortaya çıxdı. Xüsusilə, Yuan sülaləsindən sonra tatarlar üçün ifadə olunan "dada" termini sabitləşmiş oldu. Çin Xalq Respublikası dövlətinin qurulmasından sonra hökumət Çində yaşayan tatarları "tataerzu" adı ilə 56 etnik qrupun biri olaraq tanıdı və termin günümüzə qədər istifadə edilməkdədir.
Əhalinin məskunlaşması Çindəki tatar əhalinin sayı 2008-ci il etibariylə 5.000 nəfərdən azdır. Çin tatarları başda Sintzsyan Uyğur Muxtar Bölgəsi olmaqla, əsasən şimal-qərb Çində yaşayırlar. Sintzsyandakı Sançi Hui Muxtar Bölgəsindəki Quçunqa bağlı Daquan Tatar kəndi bütün Çin miqyasında tatar millətinə həsr edilmiş tək kənddir.
2000-ci ildə edilmiş Çin Xalq Respublikasının V milli siyahəyaalınmasına görə əhali məskunlaşması belədir: <font size="2">SıraBölgəÜmumi əhalitatarlarÜmumi tatar əhalisiƏhalinin payı(%)BölgədəkiEtnik azlıqƏhalinin payı(%)Bölgə əhalisininpayı(%)Ümumi1.245.110.8264.8951000,004650,000393G1Cəmi 31 ştatda1.242.612.2264.89099,900,004650,000394G2Şimal-qərb Çin89.258.2214.70296,060,026930,005268G3Şimali Çin145.896.933531,080,000610,000036G4Cənubi Mərkəzi Çin350.658.477491,000,000170,000014G5Şərqi Çin358.849.244370,760,001480,000010G6Cənub-qərbi Çin193.085.172270,550,000070,000014G7Şimal-şərqi Çin104.864.179220,450,000200,0000211Sintszyan18.459.5114.50191,950,041030,0243832Qansu25.124.2821863,800,008460,0007403Pekin13.569.194290,5900,004950,0002144Xunan63.274.173160,330,000250,0000255Tyantszin9.848.731120,250,004500,0001226Yünnan42.360.089120,250,000080,0000287Çinghay4.822.963120,250,000540,0002498Heilonqiyanq36.237.576110,220,000620,0000309Szyansu73.043.577100,200,003850,00001410Anhoy58.999.948100,200,002510,00001711Quanqdonq85.225.007100,200,000790,00001212Liaoninq41.824.41290,1800,000130,00002213Şantun89.971.78990,180,001420,00001014Haynan7.559.03590,180,000690,00011915Henan91.236.85480,160,000700,00000916Sıçuan82.348.29670,140,000170,00000917Hebei66.684.41960,120,000210,00000918Daxili Monqolustan23.323.34760,120,000120,00002619Çuntsin30.512.76360,120,000300,00002020Şanxay16.407.73450,100,004810,00003021Quansi-Çjuan43.854.53840,080,000020,00000922Çjetszyan45.930.65130,060,000760,00000723Jilin26.802.19120,040,000080,00000724Hubey59.508.87020,040,000080,00000325Guizhou35.247.69520,040,000010,00000626Ninsya-Huey5.486.39320,040,000110,00003627Şensi35.365.07210,020,000570,00000328Şansi32.471.24229Fucyen34.097.94730Szyansi40.397.59831Tibet2.616.32932Hərbi xidmət təminatçıları2.498.60050,100,004480,000200
İstinadlar
Kateqoriya:Tatarlar Kateqoriya:Çində yaşayan etnik qruplar Kateqoriya:Çində islam Kateqoriya:Sincan-Uyğur Muxtar Rayonu