Çingizxan Ərdoğan (keçmiş adı Opan Vladimir oğlu Sat; ) — Rusiyanın əməkdar idman ustası (sərbəst güləş), üçqat Avropa çempionu.

Həyatı Çingizxan Ərdoğan Tıvanın Çadan şəhərində anadan olmuşdur. Uşaqlıqdan güləşlə məşğul olurdu. İlk məşqçisi Vladimir Tuluş idi ki, hazırda da onu məşq etdirir. Bundan əlavə, Krasnoyarsk məşqçisi İ. Matiyev də onunla məşğul olur. O, Krasnoyarsk diyarı və Tıvanı təmsil etmişdir. 2014-cü ildə Türkiyə vətəndaşlığını aldı və adını dəyişdirdi. 2017-ci ildə Çingizxan Ərdoğan adı altında Türkiyə millisində debüt etdi.

2009-cu ildə Tıva Dövlət Universitetini bitirmişdir.

Mükafatları

Rusiya çempionatının gümüş mükafatçısı (4) - 2009, 2010, 2011, 2012. Avropa çempionu (3) - 2010, 2011, 2013. Ramzan Kadırov Kubokunun bürünc mükafatçısı (1) - 2010. Dünya kubokunun qalibi (1) - 2010 İvan Yarıgin Kuboku Qran Prisinin qalibi (2) - 2011, 2013. İvan Yarıgin Kuboku 2012 Qran Prisinin gümüş mükafatçısı. Yeniyetmələr arasında Avropa çempionu (3) - 2005, 2006, FILA Qitələrarası Kubokunun qalibi. Avropa Millətlər Kubokunun qalibi.

İstinadlar

Xarici keçidlər

Rusiya Güləş Federasiyasının saytında profili

Opan Sat: "Kuduxovu mütləq udacam"

Kateqoriya:Türkiyə güləşçiləri Kateqoriya:Rusiyadan Türkiyəyə mühacirət edənlər