Filler () — 1892-ci ildən 1999-cu ilə qədər dövriyyədə olan Macarıstanın xırda sikkəsi.

Müxtəlif dövrlərdə filler Avstriya-Macarıstan kronu, Macarıstan kronu, pengö və forintin yüzüncü hissəsi olmuşdur. Adı "dörd" mənasını verən Vierer alman sözündən gəlir, bu termin həmçinin 4 kreytser dəyərində olan Avstriya-Macarıstan sikkəsinin adı idi.

Son fillerlər 1999-cu ildə zərb olunmuşdur, hazırda real pul dövriyyəsində iştirak etmirlər, lakin yenə də Macarıstan forintinin ayrılmaz hissəsi hesab olunurlar.

Avstriya-Macarıstan kronu Avstriya-Macarıstan kronu 1892-ci ildə Avstriya-Macarıstanın pul vahidi kimi dövriyyəyə daxil oldu. İmperiyanın Avstriya hissəsində xırda pula "heller", Macarıstan hissəsində isə "filler" deyilirdi. 1900-cü ilə qədər köhnə sikkələr də dövriyyədə idi, onların nisbətləri: 1 qulden (florin) = 2 krona, 1 kreytser = 2 filler (heller). Filler sikkələri Kremnitsa zərbxanasında zərb olunurdu və onlar (heller sikkələri kimi) imperiyanın bütöv ərazisində qanuni ödəniş vasitəsi sayılırdı.

Birinci Dünya müharibəsinin başlaması 2, 10 və 20 filler dəyərində sikkələr dəmirdən zərb olunmağa başlandı və 1 filler sikkələrin zərb edilməsi dayandırıldı. Avstriya-Macarıstanın dağılmasından sonra, filler sikkələri də daxil olmaqla, Avstriya-Macarıstan kronunun istifadəsi yeni yaradılan dövlətlərin ərazisində milli kredit və pul sistemləri yaradılana qədər davam etdi. AversReversNominalDiametr, mmQalınlıq, mmKütlə, qMetalÇevrəsiZərb olunma illəriDövriyyəyə buraxılmaDövriyyədən çıxarılma65x65px65x65px1 filler1711,66Mis/Qalay/Sink (950/40/10)hamar1892–1904, 1906, 19141 aprel 189331 dekabr 192667x67px67x67px2 filler1923,33Mis/Qalay/Sink (950/40/10)hamar1892–1910, 1914, 191566x66px66x66px2 filler1722,78Dəmirhamar1916–19186 noyabr 191668x68px68x68px10 filler1913Nikelnahamar1892–1896, 1906, 1908, 1909, 19147 may 189330 aprel 191867x67px10 filler1913Mis/Sink/Nikel (500/400/100)nahamar1914–191610 may 191531 dekabr 192669x69px10 filler1912,5Dəmirnahamar1915, 1916, 191810 noyabr 191669x69px70x70px20 filler2124Nikelnahamar1892–1894, 1906–1908, 19147 may 189331 dekabr 191769x69px69x69px20 filler2113,33Dəmirhamar1914–19183 avqust 191631 dekabr 1926

Macarıstan kronu Kremnitsa zərbxanasının avadanlığı 1920-ci ildə Budapeştə aparıldı və burada filler sikkələrin zərb edilməsi başlandı. 1920–1922-ci illərdəki 10 və 20 filler sikkələri 1914-cü il tipli Avstriya-Macarıstan sikkələrinin növündə zərb edilirdi. Sikkələrin görünüşü, xüsusiyyətləri və habelə Kremnitsa zərbxanasının nişanı "K" dəyişməz qaldılar.

. AversReversNominalDiametr, mmQalınlıq, mmKütlə, qMetalÇevrəsiZərb olunma illəriDövriyyədən çıxarılma69x69px10 filler1912,5Dəmirnahamar192031 dekabr 192674x74px74x74px20 filler2113,33Dəmirhamar1920–192231 dekabr 1926 1920-ci ilin noyabr ayında Poçt Əmanət Bankının filler məzənnəsində mübadilə biletləri dövriyyəyə buraxıldı. ŞəkilNominalÖlçüsüTarixAversReversBanknotda qeyd olunanDövriyyəyə buraxılma`Dövriyyədən çıxarılmaXarici təsvirXarici təsvir20 filler87 × 56 mm2 oktyabr 1920-ci il22 noyabr 1920-ci il9 yanvar 1924-cü ilXarici təsvirXarici təsvir50 filler87 × 56 mm14 dekabr 1920-ci il 1920-ci ildə, sikkə bənzər banknotların sınaq nüsxələri nominal dəyəri 50 filler olan kartondan hazırlandı. Avers tərəfində Macarıstan gerbi, revers hissəsində isə nominal təsvir olundu. ИзображениеNominalDiametr, mmMaterialİstehsal iliXarici təsvir50 filler30KartonQeyd olunmayıb

İstinadlar

Mənbələr Dicționaru limbii românești // August Scriban, — Institutu de Arte Grafice "Presa Bună", 1939 Valentin Putanec. Etimološki Prinosi: 1. bilka. 2. filarka/pilajrica // RASPRAVE ZJ, SV. 13 (1987), ZAGREB, 79–91 — стр. 84 Nyomárkay István: A hangváltozásokról // Magyar Nyelv, 2004, vol: 100, 395–406 — стр. 401 , статья Filler

Xarici keçidlər Bevont érmék 1946-tól, Macarıstan Milli Bankının veb saytı

Kateqoriya:Əlifba sırasına görə pul vahidləri Kateqoriya:Macarıstan pulları