Helena Barlou () - İngiltərə keçmiş uşaq aktrisası.

Həyatı və karyerası Helena Barlou 5 sentyabr 1998-ci ildə Londonda anadan olmuşdur. 2009-cu ildə aktrisa karyerasına başlamışdır. O, İngilis Gənclər Balet Teatrı üçün "Şelkunçik" baletində oynamışdı. Sonra isə Maykl Kroft Teatrının açılış mərasimlərində iştirak etdi.

2011-ci ildə ilk və ən tanınan filmi olan "Harri Potter və Ölüm Hədiyyələri. II hissə" filmində Ron Uizlinin qızı Rosa Qreyncer-Uizli rolunu canlandırdı. Bu film həm də ticarət baxımından uğurlu idi.

Həmin il həm də "Horrid Henri" filmində Susan rolunu canlandırdı.

2012-ci ildə hələ ki, sonuncu filmi olan "Böyük gözləntilər" filmində gənc Estella Heymişem rolunu canlandırdı.

2013-cü ildən sonra qısa filmlərdə rol alan Barlou həmin il "Harriet və matçlar" filmində Harriet, 2019-cu ildə isə "İTİLİ: Düşünürəm ki, səni sevirəm" filmində Mia rolunu canlandırdı.

Teatro-Filmoqrafiya +Teatr tamaşalarıİlAdRol2009ŞelkunçikAnsambl rəqqasəsi2009Maykl Kroft Teatrının açılış mərasimiməktəbli2010Piter PenUendi Darlinq +FilmlərİlAdRol2011Harri Potter və Ölüm Hədiyyələri. II hissəRosa Qreyncer-Uizli2011Horrid HenriSusan2012"Böyük gözləntilər"gənc Estella Heymişem +Qısa filmlərİlAdRol2013Harriet və matçlarHarriet2019İTİLİ: Düşünürəm ki, səni sevirəmMia

İstinadlar

Xarici keçidlər Helena Barlou "Harri Potter və Ölüm Yadigarları II Hissə" filmində Rosa Qreyncer-Uizli rolunu oynayacaq

Kateqoriya:Aktrisalar Kateqoriya:Birləşmiş Krallıq aktrisaları Kateqoriya:XXI əsr İngiltərə aktrisaları Kateqoriya:Birləşmiş Krallıq teatr aktrisaları Kateqoriya:İngiltərə teatr aktrisaları Kateqoriya:Uşaq aktyorlar