Türkiyə Ordu Aviasiya Məktəbi, Təhsil və Doktrina Komandanlığına bağlıdır və mərkəzi İspartada yerləşir. Vəzifəsi pilot sinifində zabitləri və uçuş texnikləri sinifində kiçik zabitləri yetişdirməkdir.
Tarixi
İlk dəfə 1948-ci ildə Artilleriya Məktəbində Artilleriya Aviasiyası üçün Hava Qrupu olaraq yaradılmışdır. 1958-ci ildə Polatlıdan Güvercinlikə köçürüldü, 2003-cü ildə Ordu Aviasiya Komandanlığı quruldu və Quru qoşunlarına tabe edildi. Məktəb isə Təhsil və Doktrina Komandanlığına tabe edilmişdir. 2018-ci ildə İspartaya köçürülmüşdür.
Kateqoriya:Türkiyə Silahlı Qüvvələri Kateqoriya:Hərbi fəaliyyət