VII Georgi () — Baqrationilər sülaləsindən olan Gürcüstan çarı. 1393–1407-ci illərdə hakimiyyətdə olmuşdur. Çar V Böyük Baqratın və Trabzon imperatoru Böyük Vasilinin qızı Helena Komninanın oğludur. O, 1366-cı ildə anadan olmuşdur. Həmin ildə anası Helena Komnina vəfat etmişdir.Cawley, Charles, Profile of Bagrat V , his wives and children, Medieval Lands database, Foundation for Medieval Genealogy,[self-published source][better source needed]
Həyatı Georgi şahzadəlik dövründə Gürcüstanın müxtəlif bölgələrində əhəmiyyətli vəzifələr tutmuşdur. VII Georgi dövründə, 1394–1403-cü illərdə Gürcüstan bir neçə dəfə Teymurilərin hökmdarı Əmir Teymurun yürüşlərinə məluz qalmışdır. Yürüşlər 1394-cü ilin bahar və payız aylarında, 1399-cu ilin payızında, 1400-cü ilin bahar və yay aylarındə, həmçinin 1401 və 1403-cü illərdə baş tutmuşdur.René Grousset. "The Empire of the Steppes: A History of Central Asia", (1970), p. 434. Ölkənin Kaxeti-Hereti, Trialeti, Kvemo, Şida Kartli və İmereti bölgələri müharibə dövründə dağıntılara məruz qaldı.Nodar Asatiani, Otar Janeliże. "History of Georgia: From Ancient Times to the Present Day", Publishing House Petite, (2009), p. 117.
Müəyyən bir ölkəyə qarşı fəth yürüşlərinə başlamazdan əvvəl Əmir Teymur ticarət əlaqələri yolu ilə kəşfiyyat məlumatları toplayırdı. Əmir Teymur da Çingiz xan kimi tacirləri və karvan rəhbərlərini malları ilə Orta Asiyanın müxtəlif mülklərinə, Çin, Hindistan, Misir, Ərəbistan, Suriya, Gürcüstan və hətta Avropa ölkələrinə göndərirdi. Karvanlar qayıtdıqdan sonra tacirlər arasına təyin olunmuş və dərvişlər kimi geyinən dövlət məmurları keçdikləri ərazilərdə xalqın vəziyyəti, davranış qaydaları, tabe olduqları hökumətlərə münasibətləri və adətləri haqqında yığıdıqları kəşfiyyat məlumatlarını Əmir Teymura verirdilər.Иванин М. И. Состояние военного искусства у среднеазиатских народов при Тамерлане // Тамерлан: эпоха, личность, деяния. – М., (1992), стр. 432.Курков В. В. Амир Тимур – загадка военных планов: к вопросу об исторической взаимосвязи Самарканда, Сарая, Москвы и Дели в 1395–1398 гг. The Newman In Foreign Policy № 39 (83), октябрь-ноябрь 2017 г.
1400-cü ilin əvvəllərində Əmir Teymur yenidən Gürcüstana yürüş etdi. Əhali dağlara doğru çəkildi. Çar VII Georgi bacardığı qədər müqavimət göstərməyə çalışdı.W. B. Bartlett. "The Mongols: From Genghis Khan to Tamerlane", (2009), p. 252.
Yürüşlər Əmir Teymur tərəfindən şəxsən idarə edilirdi. Gürcüstan çarlığı üzərində sərt bir nəzarət qura bilməməsinə baxmayaraq, ölkəyə bir daha özünü toplaya bilməyəcək qədər sarsıdıcı zərbə vuruldu.Suny, Ronald Grigor (1994), The Making of the Georgian Nation, p. 45. Indiana University Press, ISBN 0-253-20915-3. Həmçinin Əmir Teymur yürüşlər zamanı çar VII Georgini ələ keçirə bilmədi.Michael Shterenshis. "Tamerlane and the Jews". (2002), p. 35.
VII Georgi 1407-ci ildə Qaraqoyunlulara qarşı döyüşdə həlak olmuşdur. Özündən sonra Gürcüstan taxtına qardaşı I Konstantin çıxdı.
İstinadlar
Ədəbiyyat Грузинская Советская Энциклопедия, Том 3, Тбилиси, (1978), стр 161. /Чхатараишвили К./ Энциклопедия "Сакартвело" ("Грузия"), Том 2, Тбилиси, (2012), стр. 22. /Кацитадзе Д./ Габашвили В. "Вторжения татар в Грузию (Баграт V и Георг VII)", Тбилиси, (1943). Гвритишвили Д. В. Очерки по истории Грузии (XIII–XIV вв.). Тбилиси, 1962. Кацитадзе Д. "Грузия на рубеже XIV–XV веков", Тбилиси, 1975. Табатадзе К. "Борьба грузинского народа против иностранных захватчиков на рубеже XIV–XV веков", Тбилиси, 1974. Джавахишвили И. А. "История грузинского народа", Тбилиси, 1982.
Xarici keçidlər Борьба царя Георгия VII за сохранение государства
Kateqoriya:1366-cı ildə doğulanlar Kateqoriya:Baqrationlar Kateqoriya:Gürcüstan hökmdarları