Çilgəz — Azərbaycan Respublikası Laçın və Kəlbəcər rayonunun ərazisində dağ.

Çilgəz dağı Mıxtökən silsiləsinin şərq hissəsində zirvədir. Hündürlüyü 2362 m. Toponim cil/cil (sucaq yer, bataqlıq) və gəz (gədiyin ən alcaq yeri, dağ belində aşırım) sözlərindən düzəlib, "ətəyində sucaq yer, bulaq olan aşırım" mənasındadır. Dağın ətəyində, Laçın rayonu ərazisində eyniadlı bulaqlar var.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Kəlbəcər rayonunun dağları