Dikpilləkən (Şişpilləkən) — Azərbaycan Respublikası Kəlbəcər rayonunun qərbində, Ermənistanla sərhəddə dağ. Hündürlüyü 3449 m. Dik pilləli qayalıqdan ibarətdir. Dik yoxuşlu dağ pilləkənə oxşadığına görə bu adı almışdır.

Ermənilər dağın adını dəyişib Sanduxtasar qoyublar. Şişpilləkənin ayağındakı Alagöllər ətrafındakı qayalıqlarda da eynilə Qılıncdağdakı və Gəmiqayadakı petroqliflərdən var. Bu petroqliflər də elmdə "Alagöllər petroqlifləri" kimi tanınır.

İstinadlar

Kateqoriya:Kəlbəcər rayonunun dağları Kateqoriya:Sərhəd dağları