Sebastian Knab (; ) — alman əsilli din xadimi, Roma Katolik kilsəsinin Naxçıvan arxiyepiskopu.Remigius Ritzler, Pirminus Sefrin (1952) - Hierarchia catholica medii et recentioris aevi, Monasterii Sumptibus et typis librariae Regensbergianae, cild 5, səh. 281
Həyat və fəaliyyəti 1632-ci ildə, Müqəddəs Roma İmperiyasının Bamberq knyaz-yepiskopluğunun mərkəzi olan Bamberq şəhərində doğulub. Daha sonra Dominikan ordeninin üzvü olaraq 28 sentyabr 1682-ci ildə papa XI İnnokenti tərəfindən Naxçıvan arxiyepiskopluğuna təyin edilib. 18 oktyabr 1682-ci ildə kardinal Alessandro Kressenzi tərəfindən yepiskop kimi ordinasiya edilib. Naxçıvana yollanarkən özü ilə Şah Süleyman Səfəviyə papadanKambiz Eslami, Iran and Iranian Studies: Essays in Honor of Iraj Afshar, Zagros, 1998, səh. 157, Müqəddəs Roma imperatoru I Leopolddan və Polşa kralı III Yan Sobieskidən məktub da aparıb. Məktubda Səfəvilərin Avropa dövlətləri ilə ittifaq qurub Osmanlıya qarşı müharibə aparılması barədə təhriklər olsa da Knab öz raportunda yazırdı ki, şah davakar adam deyil və daha çox sarayda oturur.Matthee, R. (2019). Safavid Iran and the “Turkish Question” or How to Avoid a War on Multiple Fronts. Iranian Studies, 52(3-4), səh 513–542.
1685-ci ildə şah Süleyman tərəfindən ona İsfahanda Dominikan ordeninin missiyasını yaratmaq haqqında icazə verilib.David Thomas, John A. Chesworth (2017) - Christian-Muslim Relations. A Bibliographical History. Volume 10 Ottoman and Safavid Empires (1600-1700) , Brill, səh. 664 8 sentyabr 1690-cı ildəki ölümünədək Naxçıvan arxiyepiskopu olub.
İstinadlar
Kateqoriya:1632-ci ildə doğulanlar Kateqoriya:1690-cı ildə vəfat edənlər