Ayaquz çayı — Qazaxıstanda çay. Uzunluğu 492 km, hövzəsinin sahəsi 15,7 min km². Böyük Ayaquz və Kiçik Ayaquz çaylarının birləşməsindən əmələ gəlir. Əsasən, qar suyu ilə qidalanır. Daşqın zamanı Balxaş gölünə tökülür. Yay aylarında suyu şorlaşır. Suvarmada istifadə olunur. Ayaquz şəhəri bu çayın sahilində yerləşir.

İstinadlar

Kateqoriya:Qazaxıstan çayları