İmam Əli hərbi bazası — Suriyanın şərqindəki Əbu Kamal şəhəri və İraq–Suriya sərhədi yaxınlığında yerləşən İran hərbi bazası.
Tarixi İmam Əli hərbi bazasında 2018-ci ilin əvvəllərindən bəri davamlı olaraq inşaat işləri davam etdiyi qeydə alınmışdır. "Fox News" şəbəkəsi 4 sentyabr 2019-cu il tarixində Əbu Kamal yaxınlığında "gizli bir İran layihəsi"nin, yəni İmam Əli hərbi bazasının inşa edildiyini bildirmişdir. Bu, sonradan peyk görüntüləri ilə təsdiqləmişdir. Layihə Tehrandakı yüksək rəhbərlik tərəfindən təsdiqlənmiş və İranın Qüds qüvvələrinə həvalə edilmişdir.
9 sentyabr 2019-cu ildə "İran" və ya "İran dəstəkli milis"lərin hava hücumlarında hədəf alındığı xəbərləri ortaya çıxmışdır. Bu hücumlar 2018-ci il iyun ayında Qətaib Hizbullah milislərinə edilən hava hücumlarına oxşar idi. "ImageSat International"ın 2019-cu ilin axırlarında çəkdiyi peyk görüntüləri bazada bir tunel sisteminin qurulduğunu göstərir, hansı ki, Qərb kəşfiyyat mənbələrinə görə içərisində raketlər saxlanılır.
Baza İsrail Hərbi Hava Qüvvələri tərəfindən dəfələrlə vurulmuşdur. Bundan sonra tunellərin inşasının sürətləndiyi və tezliklə 2019-cu ilin noyabr ayından etibarən istifadəyə veriləcəyi bildirilmişdir. Buna baxmayaraq baza yenidən, 25 fevral 2021-ci ildə ABŞ ordusu tərəfindən vurulmuşdur. Bu hücum 10 gün əvvəl İraqın Ərbil şəhərindəki ABŞ qüvvələrinə qarşı raket hücumlarına cavab idi və ABŞ Prezidenti Co Bayden dövründə həyata keçirilmiş ilk hərbi əməliyyat olmuşdur.
İstinadlar
Kateqoriya:2019-cu ildə yarananlar Kateqoriya:2019-cu ildə Suriya Kateqoriya:ABŞ–İran münasibətləri Kateqoriya:İran–İsrail münasibətləri Kateqoriya:İran Silahlı Qüvvələri Kateqoriya:Hərbi bazalar